Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Siyasət / “Məni heç kəs Salyandan qovmayıb…” — Deputatlığa namizəd olan Kamil Musavidən AÇIQLAMA (FOTOLAR)

“Məni heç kəs Salyandan qovmayıb…” — Deputatlığa namizəd olan Kamil Musavidən AÇIQLAMA (FOTOLAR)

60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Kamil Musəvi Salyan rayonundan olan bir qrup Qarabağ əlilləri tərəfindən etirazla qarşılanıb. 


Qarabağ əlilləri Kamil Musavinin ərazilərindən deputatlığa namizəd  olmasına etiraz ediblər. 


Qarabağ əlilləri Kamil Musavinin qarşısını kəsərək, ona “sən “qazi” deyilsən, mina partlatmağınla özünü və daha 2 nəfəri şikəst etmisən. Axı sən bir dəfə də olsun erməni ilə döyüşməmisən. İndi bizim adımızdan istifadə edirsən, bizim adımızla alver edirsən, bizi biabır edirsən. Çıx get, birdə burda görünmə, sosial şəbəkələrdəki artistliyinə də son qoy!”, – deyə etiraz edərək, onu Salyanın Qarabağlı kəndini tərk etməyə çağırıblar.


Yayılan məlumatlarla bağlı Kamil Musavi Demokrat.az-a açıqlama verib. O, heç bir insidentin olmadığını söyləyib:


“Ötən gün cəmi 1 saat Salyanda olmuşam. Həmin vaxtı 2 nəfər qazi mənə yaxınlaşıb suallar verdi. Mən də onlara cavab verdim. Mənim kənddən qovulmağım barədə yayılan xəbərlər yalandır. Məni heç kəs Salyandan qovmayıb…”.

Həmçinin oxuyun

Parlamentdə koronavirus müzakirələri

Noyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirdi …