Şənbə , Dekabr 3 2022
Ana səhifə / Siyasət / “Məni harasa bağlamaq düzgün deyil” – Zahid Oruc

“Məni harasa bağlamaq düzgün deyil” – Zahid Oruc

“Mən bu millətin övladıyam. Uzun müddətdir, ləyaqətlə, gecə-gündüz bütün çalışmalarımız hər hansı bir cinayətə, korrupsiyaya yuvarlanmadan, şəffaflıqla bu millətin mənafeyi istiqamətindədir. Rusiya-Ukrayna müharibəsinə aid söylədiyim fikirlərdə Azərbaycan vətəndaşlarının qeyri-qanuni birləşmələrə qoşulmağını vurğulamışdım. Hər biri say olaraq millətimizi formalaşdırır. Onlar xalqımızın nümayəndələridir. Bu mövqedən fikir söyləyərkən kimisə harasa bağlamaqdansa, yüzlərlə müsbət reaksiyaları önə çəkmək lazımdır”. 

Bu sözləri “Yeni Sabah”a millət vəkili Zahid Oruc Rusiya və Ukrayna savaşına dair söylədiyi son fikirlərin tənqidlə qarşılanmasına münasibət bildirərkən deyib.

“Ardıcıl sistemli fəaliyyətimiz xalqımızın maraqlarına xidmət edir. Ona görə də açıqlamamızın vurğularını cəmiyyətə düzgün təqdim etmək lazımdır  ki, onun ətrafında kimlərsə həddi aşmasın. Məni bu Rusiya-Ukrayna müharibəsiylə bağlı fikirlərimə görə, hansısa qüvvəyə bağlayanların özlərinə, yaxınlarına belə, həmin savaşda həyatlarını itirmələrini arzulamıram. Məsələni başqa istiqamətə yönəltmək olmaz. Vətəndaşlar bu müharibənin bitməsində maraqlı olmalıdırlar”.

Millət vəkili əlavə edib ki, başqa ölkələrdən olan vətəndaşları müharibəyə cəlb edən və dünyada geniş yayılan hərbi birləşmələr var:

“Məni qınayanlar açıqlamamızla tam tanış olsalar, qeyri-qanuni hərbi birləşmələrə qoşularaq həyatlarını itirmələri amilini vurğuladığımızı görərlər. Məsələn,”Vaqner” adlı özəl hərbi strukturları hazırda dünyada geniş yayılıb. Bundan başqa, dünyada legioner hərbi qruplar, orduların formalaşdırılması sürətlə genişlənir. Bizim üçün önəmli olan Azərbaycan oğullarının həyatını itirməməsidir. Vaxtilə 900-ə yaxın şəxsin bir sıra hallarda hətta ailə üzvlərini, övladlarını da götürərərək Suriyaya aparması və “cənnət axtarışları” adı altında müxtəlif dini silahlı hərbi birləşmələrə qoşulmaları praktikası mövcuddur. Bununla yanaşı, azərbaycanlı şəxslərin müxtəlif İŞİD və yaxud da başqa adlar altında fəaliyyət göstərən, kimin kimə qarşı savaşdığı sona qədər bəlli olmayan qrupların içərisində bir birinə güllə atdıqları barədə sübutlar da var. 366 şəxsin İraq və Suriyadan ölkəmizə qaytarıldığı haqda dövlət təhlükəsizlik qurumları açıqlama vermişdi. Mən fikirlərimdə bu amilləri bir araya gətirərək, digər yandan, Ukraynada hazırda savaş gedərkən həm Rusiyanın, həm də bu ölkənin rəhbərliyinin “gəlin bizə qoşulun” məzmunlu çağırışlarının əleyhinə çıxmışam.

Əslində, biz hansısa bir geopolitik, geosiyasi və ya hərbi məqsədlər üçün övladlarımızın alət olmamasını vurğulamışıq. Mən bəzi siyasi partiya təmsilçilərinin öz övladlarını Qarabağa göndərməyib “Ukrayna tərəfdə döyüşmək faydalıdır” ismarışlarının təhlükəli olduğunu demişəm. Onlar həm də Qərb-Rusiya qarşıdurmasında sanki, Qərbin tərəfindən mövqe sərgilədikləri üçün Azərbaycan övladlarının bizim olmayan  bu savaşa qatılmasına təşviq edirlər. Buna əks çağırışın xalqımızın xeyrinə olduğunu düşünürəm”.

Millət vəkili əlavə edib ki, Vətən müharibəsində Azərbaycanı savaşa muzdlu gətirməkdə suçlayan dövlətlər Rusiya-Ukrayna müharibəsində digər ölkələrdən qeyri-qanuni silahlı birləşmələr gətirirlər:

“Birinci Qarabağ müharibəsində Suriyadan kimlərinsə gətirildiyi iddiasıyla ilk növbədə ermənilərin, sonra onların çevrəsindəki başqa dairələrin bizə qarşı  ittihamı vardı. Hətta, bir sıra ölkələrin təhlükəsizlik qurumlarının da bir qədər üstüörtülü, amma hədəf bizim üzərimizdə qurularaq verdiklləri açıqlamalar da olub. Biz onu da yaxşı xatırlayırıq ki, Vətən müharibəsində qələbədən sonra cənab prezidentin müxtəlif beynəlxalq forumlarda çıxışları zamanı, həmçinin 26 fevral 2021 ci ildə 50-dən artıq xarici media təmsilçilərinin iştirakı ilə keçirdiyi mətbuat konfransında buna bənzər suallar səsləndirilmişdi. Bizi xaricdən muzdlu gətirməkdə suçlamağa çalışan dövlətlər bu gün dünyanın müxtəlif yerlərindən Ukraynaya silahlı adamlar gətirib müharibədə vuruşdururlar. Ona görə də əsla burada məqsədi yayındırmaq olmaz. Həmin dövlətlər bu gün Ukraynanın içində öz mənafelərini sürdürmək bahasına Ukrayna xalqının kütləvi olaraq  köçünün stimullaşdırmasına, min illər ərzində yaradılmış sərvətlərin məhv edilməsinə çalışır. Bu dövlətlər İkinci Qarabağ müharibəsini də bu cür beynəlmiləl döyüş meydanına döndərmək istəyirdilər Bunda da məqsəd Azərbaycanı başqa dövlətlərin savaşlarının mərkəzi etmək idi”.

Zahid Oruc bunun ölkəmizin əleyhinə istifadə oluna biləcəyinə diqqət çəkib:

“Ölkəmizi müxtəlif təxribatlara çəkmək üçün ayrı-ayrı siyasi mərkəzlərdən göstərişlər vardı. Hər kəs çalışır ki, bizi öz tərəfində, öz səngərində görsün. Birinci və ya İkinci Qarabağ müharibəsində rusların, amerikalıların, fransızların, ukraynlıların iştirakının şahidi oldunuzmu? Biz hərbi meydanda tək idik. 2014-2015-ci illərdə döyüşmək üçün başqa ölkələrə gedənlər İkinci Qarabağ  savaşında yanımızda olsaydılar,  təbii ki gücümüz qat-qat artıq olardı. Kimdir, indi onları xatırlayan? Həyatlarını harada itirdikləri belə məlum deyil. Onların doğmalarının, valideynlərin çəkdiyi acıları kim paylaşır?

Sosial şəbəkələrdə həm Rusiya, həm Ukrayna tərəfindən silahları başlarının üzərinə qaldıraraq hansısa dövlət əleyhinə açıqlamalar verildiyinə dair maateraillar paylaşılır. Axı, onlar bizim balalarımızdır! Nümunə kimi, Goranboydan Elşən Həsənovu deyə bilərəm. Onun yasında ailə üzvlərindən başqaq heç kəs iştuirak etmədi. Kimsə onu qəhrəman kimi qarşılamadı. Amma sülhməramlı dövlətin tərkibində dövlətimizin nəzarətiylə göndərilirsə bu ayrı bir fəaliyyətdir.

Bizim istəyimiz odur ki Rusiya-Ukrayna savaşı sülh yoluyla həll olunsun. İki dövlət  bunun üçün mühüm addımlar atır. Sülh üçün diplomatik çabalar edir. Başqa dövlətlər silah-sürsat verməklə aranı qızışdırır. Düşünmək lazımdır ki, burada daha çox həyatını itirən Ukrayna xalqıdır. 90-cı illərdə buna bənzər olayları – tərəflərdən birini digərinin üzərinə saldırılma provakasiyalarını görmüşük. Müxtəlif tərəflər bizim oğullarımızın orada olmasını dövlətimizin siyasəti kimi dəyərləndirərək bundan yararlana bilərlər. Təbii ki Ukrayna xalqının ağrısını görməmək düzgün deyil. Hər iki xalqla bizim geniş siyasi-iqtisadi, mədəni-mənəvi, hətta real ailə bağlarının olması fonunda  bu savaşın başa çatmasını, bundan sonrakı dönəmdə problemin danışıqlar yoluyla çözülməsini istəyirik.

Zahid Oruc açıqlamasının yalnız Azərbaycan vətəndaşlarına aid etdiyini söyləyib:

“Mən fikirlərimdə Azərbaycan vətəndaşlarını nəzərdə tutmuşam. Orda yaşayanlar haqqında bu sözü söyləmək hüquqi baxımdan doğru yanaşma deyil. Çünki onların öz öhdəlikləri, mükəlləfiyyətləri var. Rusiya-Ukrayna vətəndaşlarının da bu müharibədə iştirakına həssas yanaşmaq lazımdır. Hansı hallarda, necə iştirakına biz geniş aspektdən yanaşa bilərik. Vətəndaşlarımıza gəlincə, Ali Baş Komandan qərarı olmadan hansısa dövlətin mənafeyi üçün savaşa qatılmağı doğru saymıram. Bu, həm hüquqi baxımından, həm də hazırkı dövrdə bilavasitə məsuliyyət yaradır.  Biz  bunun fərqində olmalıyıq”.

Həmçinin oxuyun

“Ramiz Rövşən həmişə müxalifətdə olub, amma hökumət ona ev bağışlayıb…” – Deputat

“Əlisa Nicatı yaxşı tanıyıram. Bəli, təkəbbürlü, öz sözünü deyən adamdır. Bir yerdə on il işləmişik. …