Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / “Mən Ramiz Mehdiyevin adamı deyiləm”

“Mən Ramiz Mehdiyevin adamı deyiləm”

Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli onun Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyevin kadrı olması barədə iddialara münasibət bildirib.

T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, iddiaların əsası yoxdur.

“Tahir Kərimli heç kəsin kadrı ola bilməz. Deputat mandatından bir anın içərisində imtina edə bilən insanam. Təbii ki, Ramiz Mehdiyevlə hamı kimi mən də tədbirlərdə görüşmüşəm. Kiminsə adamı deyiləm, ola da bilmərəm. Məni xalq seçib, dövlətə, Prezidentə təşəkkür edirəm ki, seçkinin nəticələrini tanıyıb. Müxalifət deyir ki, Tahir Kərimli Milli Məclisdə niyə oturub? Özləri 10 il deputat olublar… Kiminsə haqqını tapdamamışam, başqa namizədin səsini mənə yazmayıblar… İndi dövlətə deyim ki, haqqımı niyə tanımısan? Gərək parlamentə buraxmayaydılar? Bu və ya digər qəribə fikirlər səsləndirirlər…” – T.Kərimli qeyd edib.

Həmçinin oxuyun

“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir…”

Azərbaycan Respublikasının ilk  Prezidenti Ayaz Mütəllibov ordumuzun Zəngilan şəhərini, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının …