Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / “Mən o məşhur Fərəhin atasıyam…”

“Mən o məşhur Fərəhin atasıyam…”

Elnur Məhərrəmov özünü “Azadlıq” radiosuna belə təqdim edir.
Mayın 19-da Azadlıq prospektində yanan çoxmərtəbəli binada həlak olmuş 15 nəfərdən biri də onun 2 yaş 7 aylıq qızı Fərəhdir. Faciə baş verən gün və daha sonralar Fərəhin fotoları sosial şəbəkələrdə çox paylaşıldı, çox danışıldı.
Elnur Məhərrəmovun 33 yaşı var, iqtisadçıdır, rayonların birində rabitəçi işləyir. Xanımı həkimdir, Bakıda çalışır. 2009-cu ildə ailə qurublar. Fərəh ailəyə gec gəlib, tez də “pərvazlanıb” gedib…
Elnur Məhərrəmov deyir ki, bundan sonra Azadlıq prospektindəki mənzilinə köçmək fikri yoxdur, xatirələrlə dolu evdə yaşaya bilməz.
Həyat isə qırıldığı yerdən davam edir. Xanımı Bakıda valideynləri ilə yaşayır, o, rayonda işini davam etdirir.
Elnur Məhərrəmov deyir ki, Fərəh artıq ətrafda baş verənləri anlayırdı, cümlələr qururdu, danışırdı: “Mən bu xəbəri eşidəndə rayonda idim, qayıtdım Bakıya, birbaşa “Semaşko”ya getdim…”
Hökumət başqa sakinlər kimi onlara da aylıq 500 manat ödəyir: “Qonşuların bir hissəsi pansionata köçdü. Bizim kimi ev tutmağa üstünlük verənlərə isə aylıq kirayə haqqı verilir”.
Elnur deyir ki, onun bildiyi qədər, sakinlərin narazılığı yoxdur, yanmış bina ilə bağlı qərargah yaradılıb və bütün məsələlərə vaxtında reaksiya verilir: “Sadəcə istəyim budur ki, bəlkə kiçik maarifləndirici çarxlar çəkilsin. Fərəh də, camaatın çoxu da yanmadı, tüstüdən boğulub öldü. Neçəsi liftdə boğulub. Aydın məsələdir ki, belə vaxtda liftə girmək olmaz”.
Qızını itirmiş ata deyir ki, baş verənlərə görə heç kimi günahlandırmaq istəmir: “Hökumətə nə deyə bilərəm?! Yəqin ki, bundan sonra tədbirlər görəcəklər. Amma kimisə günahlandırmaq… Bu, mənim gücümdə deyil”.

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …

Bir cavab yazın