Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / “Mən o erməni qadınından mənzil almamışam” – Ayaz Mütəllibov CAVAB VERDİ

“Mən o erməni qadınından mənzil almamışam” – Ayaz Mütəllibov CAVAB VERDİ

Dünən saytımızda Rusiya Şimal-qərbi federal dairəsinin miqrasiya siyasəti üzrə İctimai Şurasının sədri, MDB ölkələrinin Beynəlxalq qaçqın və köçkün uşaqların reabilitasiya və sosial müdafiəsi mərkəzi“Lastoçka”nın direktoru Adelina Aşotovna Mnatsakyanla müsahibə dərc olunub.

Müsahibədə bir çox məqamlara toxunan müsahib onu da bildirmişdi ki, 1989 –cu ildə Bakını tərk edərkən o vaxtkı Lenin prospektində yerləşən mənzilini həmin dövrdə Azərbaycan Nazirlər Şurasının sədri işləyən Ayaz Mütəllibova satıb.

Amma bu gün Ayaz Mütəllibov özü redaksiyamızla əlaqə saxlayaraq, Adelina Mnatsakyanın dediklərini təkzib edib.

“Mən onunla tanış deyiləm, ümumiyyətlə o insan barəsində ilk dəfədir eşidirəm. Deməli, ondan heç bir mənzil də almamışam. İnanın, alsaydım, bu faktı gizlətməzdim”, -deyə sabiq prezident qətiyyətlə bildirib.

dia.az

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın