Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / “Mən də istəyərəm ki, Cənubi Azərbaycanla birləşək” – DEPUTAT

“Mən də istəyərəm ki, Cənubi Azərbaycanla birləşək” – DEPUTAT

“Azərbaycanla İranın arasına nifaq salmaq istəyənlər çoxdur”.

Bu sözləri Yenisabah.az-a açıqlmasında Milli Məclisin deputatı Aqil Abbas deyib. Millət vəkili ötən gün ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Tehrandakı Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin baş elmi işçisi doktor Vəli Kalecinin səsləndirdiyi fikirləri şərh edib.

Xatırladaq ki, Vəli Kaleci deyib: “Əfsuslar olsun ki, Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı zamanı tədbirdə iştirak edən bəzi iranlı azərbaycanlılar İranın ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı çıxış etmişlər. Bu, ölkəmin şimal-qərb hissəsində, Azərbaycan bölgələrində separatizmə aid olan sözlər idi. Əfsuslar olsun ki, bütöv Azərbaycanı formalaşdırmaq, Araz çayının iki hissəsini birləşdirmək xülyası həmin şəxslər tərəfindən aydın şəkildə səsləndirildi. Bu cür məsələ bir çox həmkarlarım və İrandakı insanlar arasında narazılıq yaratdı”. Prezident İlham Əliyev isə səslənən fikirlərə cavab verib, qeyd olunan fikirlərin Azərbaycan nümayəndəsi tərəfindən səsləndirilmədiyini bildirib.
 
Öz növbəsində A. Abbas vurğulayıb: “Səbəb də budur ki, İran bizə qarşı əks olsun, ermənilərin də arxasında dayansın. Amma indi vəziyyət dəyişib. Hazırda ermənilər daha çox istəyir ki, İranla münasibətlərimiz pozulsun, eləcə də Rusiya. İndi başqa dövlətlərin nə marağı var ki, aranı qatsınlar?!

Bilirsiniz, Azərbaycanın müstəqilliyi bu saat çoxunun gözünə girir. Fikirləşirlər ki, İranla münasibətlər pozularsa, gərginlik daha da artar. Amma möhtərəm Prezidentimiz buna yol verməz. Hər halda istəmərəm düşmənçilik olsun, çünki İranla eyni mədəniyyəti daşıyırıq. Orada da 30 milyondan çox azərbaycanlı yaşayır. Belə şeylər də İranın parçalanmasına gətirib çıxarar.

O ki qaldı Şuşada səsləndirilən fikirlərə, indi bu, arzudur da. Hamı istəyir, mən də istəyərəm ki, Cənubi Azərbaycanla birləşək, vahid Azərbaycan olsun. Arzudur da, deyirlər. İndi mən də deyirəm belə, kimsə mənə nəsə deyəsi deyil ki?!”.

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …