Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Mən cəmi 2.8 milyon mənimsəmişəm, göstərişi nazir verib, elə şeylər var ki açıqlamaq olmaz…”

“Mən cəmi 2.8 milyon mənimsəmişəm, göstərişi nazir verib, elə şeylər var ki açıqlamaq olmaz…”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir qrup yüksək vəzifəli şəxslərinin işi üzrə məhkəmə prosesində maraqlı faktlar açıqlanıb.

Virtualaz.org xəbər verir ki, prosesin bu günkü iclası saat 10-a təyin olunmasına baxmayaraq 11:50-də başlayıb. Buna səbəb təqsirləndirilən şəxslərin müdafiəçilərindən ikisinin gecikməsi səbəb olub. Hakim bunumla bağlı müdafiəçilərə iradını bildirib.

Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev tərəfindən ittiham aktının elan olunması davam etdirilib. “Azintelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov, “Optik Rabitə və Tikinti Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov və “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qənbər Bəybalayev onlara elan olunmuş ittihamla özlərini təqsirli bilmədiklərini deyiblər.

Sabiq Aparat rəhbəri Vidadi Zeynalovun Vəkil Ceyhun Yusifov müdafiə etdiyi şəxsin digər təqsirləndirilənlər ifadə verdikdən sonra dindirilməsini məhkəmədən xahiş edib. 

Hakim təqsirləndirilən Emil Məmmədova ifadə verməyi təklif edib. E.Məmmədov hazırkı prosesdə ifadə verməyə hazır olmadığını deyib.

BTRİB-nin keçmiş rəhbəri 10 milyon manatlıq vəsaiti mənimsəməkdə ittihamm olunan Beytulla Hüseynov isə ifadə verib. O,  ifadəsində Rabitə Nazirliyinin rəhbərliyi tərəfindən verilən göstərişlərini yerinə yetirdiyini, icraçı olduğunu, dövlətə vurduğu ziyanı ödəməyə hazır olduğunu bildirib:”İttihamda rəqəmlər şişirdilib. 2005 də 24 milyon idi, 2015 də isə 87 milyon idi. Az qala 400 faiz artım olun. Mən icraçı adamam. Mənə nazir tərəfindən göstəriş verilmişdi ki, xərclər 20 -25 faiz şişirdilsin. Bundan əldə olunan vəsaitin də 80 faizi nazirliyə verilib, 20 faizi BTRİB də qalıb. Həmin 20 faizin də 6 faizi qovşaqlara verilib, 4 faizi  paket maaşlara xərclənib. 10 faizi isə mənə qalıb. 80 faizin nazirliyə verilməsi barədə Əli Abbasovun ifadəsində də var. Nazirlik göstərişi mənə verib, mən də qovşaq rəhbərlərinə”.

Xatırladaq ki, istintaq sənədlərində xərclərin 20-25 faiz deyil, 35-40 faiz şişirdilməsindən söhbət gedir. Beytulla Hüseynov və digər vəzifəli şəxslər istintaqa verdikləri ifadələrdə “nazirin göstərişi ilə” xərcləri azı 35 faiz şişirdərək əldə olunan vəsaiti “otkat” şəklində “obşak”da topladıqlarını, pulların oradan bölüşdürüldüyünü deyiblər.

Prokurorun suallarını cavablandıran B.Hüseynov göstərişləri Rabitə Nazirliyindən aldığını deyib. Dövlət ittihamçısənın ” tapşırığı şəxsən kimdən almısınız?” sualına B.Hüseynov  tapşırığı şəxsən kimdən almısınız?” sualına B.Hüseynov ad çəkmək istəmədiyini bildirib:”Bəzi işlər var ki, bizdən asılı deyil. Elə şeylər var ki, onları sadalamaq istəmirəm.  Mən dövlət sirrini qorumağa çalışıram”.

B.Hüseynov tərəflərin suallarını cavablandırarkən mənimsəmə ilə bağlı ona elan olunan ittihamı qəbul etdiyini  dövlətə şəxsən vurduğu ziyanı  ödəməyə hazır olduğunu deyib.

BTRİB-in keçmiş rəhbəri prokurorla sual-cavabda “rəhbərliyə” otkat şəklində 10 milyon yox, 22-24 milyon manat verdiyini da bildirib.Ancaq  pulu kimə verdiyini açıqlamayıb: “Mənim mənimsədiyim 2 milyon 800 min manatdır. Onu da yaxı zamanda ödəyəcəm”. 

B. Hüseynov Avropa Oyunları zamanı görülən işlərlə bağlı 4 milyon 600 min manatı hələ də almadığını deyib: “Avropa oyunları zamanı bizə xüsusi tapşırıq verilmişdi. Sifarişçi “Azəryolservis “ASC idi. Biz işləri uğurla yerinə yetirdik, ancaq pulunu ala bilmədik”.

BTRİB-ə Avropa Oyunları zamanı hansı sifarişin verildiyi məlum deyil. Lakin mümkündür ki, bu, şəhərdə abadlıq işləri ilə bağlı sifariş olub. Prosesin növbəti iclası noyabrın 30-na təyin olunub.

Xatırladaq ki, Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın