Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / “Mən bir siyasətçi kimi məhv oldum” – Erkin Qədirli

“Mən bir siyasətçi kimi məhv oldum” – Erkin Qədirli

“İsmayıl Cəlilova bu axşam verdiyim müsahibə tam bir rəzalət idi. Özümü siyasətçi saysaydım deyərdim ki, mən bir siyasətçi kimi məhv oldum”.

Bunu REAL Partiyasının  qurucu üzvü, millət vəkili Erkin Qədirli deyib. O, qeyd edib ki, özünü siyasətçi saymır, ona görə də bu işə başqa gözlə baxır və müsahibə verməyi bacarmır:

“Verdiyim müsahibələr arasında yaxşısı yoxdur. Nisbətən biri digərindən yaxşı ola bilər, amma özlüyündə yaxşısı yoxdur. 

Bu, tutduğum mövqedən, dediyim sözdən asılı deyil. Heç bir mövzuda müsahibə verməyi bacarmıram. Bu illər ərzində jurnalistlərdən qaçmağım elə-belə deyildi. Bu gün Azadlıq Radiosuna da bir müsahibə verdim. O da çox pis alındı, arada qəzəbimi gizlədə bilmədim. 

İsmayıl Cəlilovun müsahibəsinə isə tükənmiş çıxmışdım. Nə isə, paylaşmaq istəmirəm. Baxmaq istəyən özü tapar. Baxanlardan üzr istəyirəm”.

Həmçinin oxuyun

İqtidarın siyasi dialoq təşəbbüsləri davam edir

Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafı Prezident İlham Əliyevin dövlətçilik siyasətinin prinsipial istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, ölkədə …