Şənbə , Avqust 13 2022
Ana səhifə / Siyasət / “Mənə “Azərbaycanın Saakaşvilisi” deməyin!”

“Mənə “Azərbaycanın Saakaşvilisi” deməyin!”

“Deyirdim axı, mənə “Azərbaycanın Saakaşvilisi” deməyin. Adam həbsdən bəyan edib ki, yaratdığı partiyadan və ümumiyyətlə Gürcüstan siyasətindən gedir”.

Bu fikirləri REAL Partiyasının sədri İlqar Məmmədov “Facebook” hesabında yazıb.

“Məhkəməni udub bəraət qazanmaq Saakaşvilinin ağlına gəlməyib. İnsafən, bəlkə də sağlamlıq problemi var. Mənim sağlamlığıma isə həbs çox da təsir etmədi, amma Avropa tarixində görünməmiş hüquqi qələbəmdən sonra mütəşəkkil alçaqların hakimiyyətin sifarişi ilə üzərimə etdiyi hücum az qalmışdı mənim də sağlamlığımı sarsıtsın. Yenə dirəndim və sorunları üstələdim. Azərbaycanın Respublika qalacağına əmin olunca mübarizədəyəm”, – deyə İ.Məmmədov qeyd edib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Göyçəyə, Zəngəzura, Dərələyəzə, Ağbabaya dönüşümüz xəyal yox, reallıqdır”

“Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların …