Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Məmurların oğurladıqları pullarla tikdiyi villalar…” – Deputat palatanı “yıxıb-sürüdü”

“Məmurların oğurladıqları pullarla tikdiyi villalar…” – Deputat palatanı “yıxıb-sürüdü”

Fərəc Quliyev: “Oğurlanmış vəsaitlərin büdcəyə qaytarılması mütləq təmin olunmalıdır”

Milli Məclisin dünən- 14.04.2017 tarixində keçirilən plenar iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zamanı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev sərt çıxış edib, eyni zamanda, hpkumətə yeni təkliflər verib.
Partiyadan Mia.az-a daxil olan həmin çıxış tam mətnini təqdim edirik:
“Hörmətli sədr, hörmətli həmkarlar!
Hesablama Palatası Azərbaycan Respublikasında kənar dövlət maliyyə nəzarətini həyata keçirən orqan kimi Milli Məclis tərəfindən yaradıldığından  onların qane edici işi həm də bizim uğurumuz sayılar.
Palatanın bu dəfə hazırladığı hesabatda Milli Məclisdə səsləndirdiyimiz bir çox təkliflərə də yer ayrılması görünür.
Hesabatda göstərilir ki, müəyyən edilmiş bir sıra nöqsanların yaranması, xüsusilə vəsaitin təyinatının dəyişdirilməsi daha çox proqnozlaşdırma prosesindən asılıdır. Doğrudur. Mən büdcə müzakirələri zamanı yanlış bir proqnozlaşdırmaya münasibət bildirmiş, hökumətə sual ünvanlasam da cavab almamışdım. Büdcəyə proqnozlaşdırılan daxilolmalarda 101 milyon manat vergi ödəyicilərinin cərimələrindən daxilolma kimi nəzərdə tutuldu.1 milyon manat isə yol hərəkəti qaydalarının pozulmasından nəzərdə tutuldu. Bu yanlış yanaşma oldu. Həm də vergi işçilərini və DYP işçilərini pis duruma salma oldu. Bəlkə bu il heç səhlənkar sürücü və ya qayda pozan sahibkar olmayacaq. Onda bu o deməkdir ki, vergi işçiləri və DYP işçiləri nə yolla olur olsun bu vəsaiti təmin etməlidir.
 Bu məsələyə Hesablama Palatası diqqət etməlidir. Səsləndirdiyimiz bir çox təkliflərin hesabatda yer alması təqdir olunmalıdır.
Metropoliten QSC və Azərbaycan Hava Yolları QSC-nə verilən subsidiyalarla bağlı yarımmaddənin  Vahid Büdcə Təsnifatından çıxarılması;
birdəfəlik təyinatlı xərclətrin daha konkret xərc istiqamətləri ilə əvəzlənməsi;
Digər işlər və xidmətlər yarımmaddəsinin təsnifatdan çıxarılmasını;
Sair xərclər paraqrafında nəzərdə tutulmuş  xərclərin daha detallı təsnifləşdirilməsi büdcə müzakirələrində tərəfimizdən səsləndirilmişdir və indi bu təkliflərin Hesablama Palatası tərəfindən təkliflər bölümünə daxil edilməsi müsbət haldır. Hesabatda ümumi bölümdə göstərilir ki, Hesablama Palatasının fəaliyyətinin məqsədi dövlətin inkişafə və vətəndaşların rifahı naminə dövlət vəsaitlərinin şəffaf, məqsədyönlü, səmərəli, nəticəli, qənaaətlə istifadə olunmasını təmin etməkdir. Amma bütün hallardamı vəsaitlər səmərəli istifadə olunur?
Əlbəttə yox. Banklardan külli miqdarda vəsaitin  kredit şəkilində götürülməsi, ölkədən çıxarılması hamıya məlumdur. Avanturist layihələrə fantastik vəsaitlə kredit ayrılması nədən  Hesablama Palatasının hesabatında yoxdur?
Ümumiyyətlə, bu vəsaitlərlə bağlı işlər nə yerdədir? Onların qaytarılması ilə bağlı hansı addımlar atılır? Belə hallarda müntəzəm fəaliyyət göstərən Hesablama Palatası həm mütəmadi yoxlamalarla profilaktika etməli, həm də Respublika prokurorluğu ilə birlikdə sonuclar almalıdır. Oğurlanmış bu vəsaitlərin büdcəyə qaytarılması mütləq təmin olunmalıdır.
Ümumi bölümdə dövlət əmlakının özəlləşdirilməsi vasitəsi  ilə büdcəyə daxil olmalarla bagli hissə var. Dövlət əmlakı dedikdə təkcə uzun müddətdir dövlətin sərəncamında olan fabrik ,zavod və s.anlaşılmamalıdır. Bəzi korrupsioner məmurlar tərəfindən oğurlanmış dövlət vəsaiti hesabına tikilən əmlaklar da milliləçdirilərək dövlət əmlakı kimi istifadə olunmalıdır.
Yaxınlarda bir neçə sahibi üzə çıxmayan villaların Bakı İH tərəfindən sökülməsini xatırlayırıq. Niyə bu əmlaklar sokülməli idi? Axı bu villalar dövlətdən oğurlanmış pulla tikilmişdi. Onlar dövlət hesabına keçirilərək  uşaq bağçası, qocalar evi, turizm məqsədli və.s istiqamətdə istifadə oluna bilərdi.Yoxsa, onsuz da dövlətdən oğurlayıblar və bir miqdar da sökmək üçün vəsai ayırıb daha çox itki vermək israfçılıq deyilmi?
Hesablama Palatasının hesabatında  və gələcək fəaliyyətində deyilənlərin də nəzərə alınacağına əminliyimi bildirirəm”.

 

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın