Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / Məmurların hamısı narkotikə görə yoxlanmalıdır – Fazil Mustafa

Məmurların hamısı narkotikə görə yoxlanmalıdır – Fazil Mustafa

“Narkomaniya bir faciədir. Onunla mübarizə təkbaşına aparıla bilməz. Tütünçəkmə, alkoqolizm və narkomaniya ilə kompleks tədbirlərlə birgə mübarizə aparılmaldır”.

Bunu AzTV-nin “Çıxışa doğru” verilişində deputat Fazil Mustafa deyib.

” Dünən Milli Məclisdə müzakirə edilən məsələlərdən biri bu bəlanın cəmiyyətdə bir ayrı formada özünü büruzə verməsidir. Əgər 10 nəfər zabitin içərisində bir nəfər narkoman olsa, o da digərlərini yoluxdursa, bu, faciəyə yol açar. Biz narkomaniya ilə mübarizəni düzgün qurmadığımıza görə hamını tutur, həbsxanaya göndəririk. Həbsxanada narkotik aludəçisi olmayan, hələ beş-on il cəza çəkəcək insanlar da bunlara qoşulurlar. Ona görə də bu problem qalır.

Bu səbəbdən də hərbi sahədə belə yoxlamalar həyata keçirilir. Bu hamıya, eləcə də məmurlara da şamil edilməlidir, hamısı yoxlanılmalıdır. Daxili işlər naziri bu sahədə sərt mövqe tətbiq edir və polislər arasında belə bir hallar aşkarlanarsa, dərhal işdən azad olunurlar. Bir çox qurumlarda bu istiqamətdə mübarizə aparılır. Lakin bu cəzanı sərtləşdirməklə həll etmək olmur, cəzanın sərtləşməsi insanların düzəlməsinə gətirib çıxarmır”.

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …