Ana səhifə / Siyasət / Məmurla sahibkarın 40 minlik rüşvət qalmaqalı – Video

Məmurla sahibkarın 40 minlik rüşvət qalmaqalı – Video

Uzun müddətdir Göyçay rayonundan olan sahibkar Mayılov Çingiz Sabir oğlu ilə Fövqəladə Hallar Nazirliyi arasındakı qalmaqal davam edir.

Məlumat üçün bildirək ki, iddiaya görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Göyçay rayon ərazisində tikilən çörək zavodunun obyekt kimi qeydə alınmasına problemlər yaradıb və böyük bir ərazi yaşayış yeri kimi sənədləşdirilib. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman müəllimlə sahibkar arasındakı söhbətin ilginc videogörüntüləri cumhuriyyet.az-a daxil olub.

Həmin görüntülərdə adıçəkilən Asiman müəllim obyektin sənədləşdirilməsi üçün dövlət rüsumu adı altında sahibkara 40 min manat pul lazım olduğunu bildirir.

Həmin videonu təqdim edirik:

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın