Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Məmur xəstəliyi – şəkər

Məmur xəstəliyi – şəkər

Son zamanlar yüksək vəzifə tutan məmurların, demək olar ki, əksəriyyətinin şəkər xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumatlar yayılır. Xüsusən də daha çox  vəzifəsindən azad edilən, haqqında cinayət işi açılan məmurlar bu xəstəliyə düçar olur. 
Məsələn, bu günlərdə mətbuatda yayılan xəbərə görə, Beynəlxalq Bankın idarə heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev də məhz şəkər xəstəliyindən əziyyət çəkir.
Xatırladaq ki, bu ilin mart ayında verilən rəsmi məlumata görə, Beynəlxalq Bank sədri 50 yaşında xəstəliyi ilə bağlı istefaya göndərilib.
Səbəb nədir, niyə məhz şəkər xəstəliyi?
Ekspertlər bildirirlər ki, əsas səbəblərdən biri tez-tez baş verən stresslər, qorxu hissləridir. Doğrudur, bu xəstəlik şəkərə meyilli insanlarda güclü sinir sarsıntısı nəticəsində daha çox inkişaf edir. Lakin qeyd edilir ki, şəkərə meyilli olmayan şəxslərdə belə güclü sarsıntı və stresslər bu xəstəliyin inkişaf etməsinə səbəb ola bilir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb.  O bildirib ki, məmurlar çoxlu yağlı qidalardan istifadə etdikləri, azhərəkətli olduqları üçün və ən əsası stresslərlə əhatələndiyindən bu xəstəliyə daha çox düçar olurlar:
“Şəkər xəstəliyi bu gün dünyanın əsas problemlərindən biri sayılır. Bu, qanda xolestrinin artması, maddələr  mübadiləsi prosesinin pozulması nəticəsində yaranan xəstəlikdir. Xəstəlik insanda əmək qabiliyyətinin itirilməsi, müxtəlif fəsadların əmələ gəlməsinə səbəb olur.
Xüsusən də ağrı çəkili şəxslərin əksəriyyətində qlükoza pozulur və şəkər xəstəliyinə meyillilik artır. Məmurlar, müxtəlif imkanlı təbəqədən olan insanlar arasında bu xəstəliyin yayılmasına səbəb olan ən birinci faktorlar həddindən artıq çox və yağlı qida qəbul etmək, az hərəkətli olmaq və təbii ki, stressdir. Stresslər immun sisteminin fəaliyyətini pozaraq bütün orqanizmi fövqəladə rejimdə işləməyə vadar edir. Bu zaman qana adi halda olduğundan xeyli artıq miqdarda hormonlar ifraz olunur.
Məmurlarımız, demək olar ki, daima avtomobildən istifadə edir, əksərən oturaq iş tərzində fəaliyyət göstərirlər. Nəticədə qəbul edilən qida kalorisi ilə sərf olunan  kalori arasında fərq yaranır, bu da bədəndə kalorinin toplanmasına, artıq çəkiyə, piylənməyə və şəkər xəstəliyinin yaranmasına səbəb olur.
Şəkər xəstəliyi irsi xarakter də daşıyır. Xüsusən də valideynlərinin hər ikisində şəkər xəstəliyi olan şəxslərdə xəstəliyin inkişaf etmə riski daha yüksək olur”.
Adil Qeybulla şəkər xəstəliyinin qarşısını almaq üçün aşağıdakı tövsiyələrinin verib:
“Bunun üçün az qida qəbul etmək, sağlam həyat tərzi keçirmək, çox hərəkətli olmaq lazımıdır”.
Psixoloq Dəyanət Rzayev də məsələyə öz şərhini bildirib:
“Hər xəstəliyin müəyyən səbəbləri var. Ciddi emosiya, stress, həyəcan, həbs olunma, işdən çıxarılma kimi qorxu hissləri insanlarda  çox ciddi xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, kinli insanların sifəti solğun qara rəngdə olur, onlarda qaraciyər xəstəlikləri özünü daha çox biruzə verir. Çox böyük vahimə böyrəklərə mənfi təsir göstərir və s.
Məlumdur ki, məmurlar daha çox oturaq həyat tərzi keçirir, normal həyat təzi yaşamırlar, daima stressdədirlər. Onlar öz acgözlüklərinin girovuna çevriliblər. Nə qədər çox mal-mülk sahibi olduqca stress də bir o qədər artır.
Eyni zamanda uzun müdət bir yerdə işlədikdən sonra oranı tərk etmək də orqanizmə böyük təsir göstərir, işdən çıxan kimi çoxu infarkt keçirir.
Adi insalarda da belədir, daima işləyən şəxslər artıq işsiz qaldıqda depressiyaya düşür. Bu daha çox yaşlı inasanlar arasında olur”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın