Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Məmur oğlunun milyonluq maşınlarına – Reaksiya/Foto

Məmur oğlunun milyonluq maşınlarına – Reaksiya/Foto

Vüsal Kazımov haqda yayılan xəbərlərlə bağlı rəsmi açıqlama veriləcək.

 

Bunu Axar.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Səbayıl Rayon Prokurorluğunda işləyən Vüsal Kazımovun fotoları yayılan maşın kolleksiyası haqda danışarkən deyib.

 

Qeyd edək ki, Azəryolservis ASC-nin 71 saylı Yol İstismarı İdarəsinin sabiq rəisi Xaqani Kazımovun oğlu, Səbayıl Rayon Prokurorluğunda işləyən V.Kazımovun qiyməti milyonlarla ölçülən maşın kolleksiyasının fotoları yayımlanıb. Bahalı kolleksiyada Dubay şəhərinin seriya nömrəsi olan avtomobil də var. V.Kazımovun 2012-ci il sentyabrın 27-də Dubayda olduğunu təsdiqləyən vizasının şəkli də yayılıb.

 

Avtomobil kolleksiyasında diqqət çəkən nüans bütün maşınların seriyasının “EF” hərfləri ilə başlamasıdır. V.Kazımovun Dubay nömrə nişanlı avtomobilində də “F” seriyası var.

 

Onun maşın həvəskarı olduğu və kolleksiyasını hər il yenilədiyi qeyd olunur.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın