Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Məmur oğlu adam döyüb – ŞİKAYƏT

Məmur oğlu adam döyüb – ŞİKAYƏT

Azərbaycanda yaşayan türkiyəli Coşqun Şahin hücuma məruz qalıb. O, Xırdalan icra nümayəndəsinin oğlu tərəfindən döyüldüyünü iddia edir.

Azinforum.az  xəbər verir ki, bu barədə özü “Qafqazinfo”ya danışıb. Coşqun Şahin qeyd edib ki, 25 ildir ki, Azərbaycanda yaşayır və əvvəllər “Xəzər” televiziyasında yemək proqramı aparıb:
“Proqramdan ayrıldıqdan sonra Xırdalanda bir yeməkxana işlətməyə başladım. Keçən il Xırdalanda qaçqınların binasında partlayış oldu, orada işləyənlərə gündə 3 dəfə yemək verməyimi və sonradan pulun ödənəcəyini bildirdilər.
Mənə heç bir məbləğ ödənməyincə şikayət etmək üçün Xırdalan şəhəri üzrə İcra Nümayəndəsi Fikrət Orucovun yanına getdim. Məsələ ilə bağlı bir çox bəhanə gətirən icra nümayəndəsi öz obyektinin olduğunu və oranı işlətməyimi təklif etdi. Mən də razılaşdım. Ancaq sonradan oranın qazancının yaxşı olmadığını gördüm.
Aylıq 2000 manat kirayəsi vardı və içinə bir xeyli avadanlıq almışdım. 2 ay işlətdim sonra kirayə puluna gücüm çatmadığını dedim.
O da bildirdi ki, imkanın yoxdur çıx, mən başqasına arendaya verəcəm. Çıxacağım təqdirdə avadanlıqların pulunu istəmək üçün yanına getdim. O da mənim qolumdan tutub çölə atdı və məni təhqir etdi .
Daha sonra oğlu da məsələyə qarışdı və küçədə hamının qarşısında məni vurmağa başladı”.
Coşqun Şahin məsələ ilə bağlı polisə də müraciət etdiyini bildirib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın