Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Məktəbin stadionu sökülür, yerində bina tikilir – Sumqayıtda narazılıq (VİDEO)

Məktəbin stadionu sökülür, yerində bina tikilir – Sumqayıtda narazılıq (VİDEO)

Sumqayıt şəhəri 21 saylı məktəbin futbol meydançasında tikinti işləri aparılır. Sakinlər ərazidə qeyri-qanuni tikintinin aparıldığını iddia edirək etiraz edirlər. Şikayətçilər meydançanın sahəsində çoxmərtəbəli yaşayış binasınin tikilmək planının olduğunu deyirlər.

Bu barədə Femida.az -a şəhər sakini Vüqar Xəlilov məlumat verib.

“12-ci mikrorayonda yerləşən 21 nömrəli məktəbin meydançasında uşaqlar futbol oynayırdı. Bir müddətdir ki, həmin ərazi hasarlanıb, bəzi ərazilərdə tikilinin təməli atılıb, kənarlarda isə texnikalar işləyir. Biz sakinlərin dəfələrlə etdiyi narazılıqlardan sonra tikinti işləri dayandırılıb. Amma ərazidə hasarlama işlər davam edir. Bizim şikayətimiz əsasında müvafiq qurumların əməkdaşları əraziyə gəldilər. Amma problem həll olunmadı. Biz sakinlər vəziyyətdən çox narahatıq”,-deyə V.Xəlilov bildirib.

Sakin həmçinin iddia edir ki, tikinti aparan şəxslər onları aldadır ki, bura əlillər üçün bina tikilir.

“ Tikinti aparan şəxsləri tanımırıq. Bizə yalandan deyirlər ki, şəhid ailələri və əlillər üçün bina tikilir. Amma buna inanmırıq. Tikintinin dərhal dayandırılmasın tələb edirik.”

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra hakimiyyətindən münasibət öyrənmək istəsək də, bu məsələnin onlara yox, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə aid olduğunu bildirdilər. Adı çəkilən idarə ilə əlaqə yaratmaqsa, mümkün olmadı.

Femida.az iddialarla bağlı bir neçə quruma sorğu göndərib.

Şəhər sakinlərinin saytımıza təqdim etdiyi görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın