Ana səhifə / Siyasət / “Məktəbdəki pul cərimələri alverə gətirib çıxaracaq”

“Məktəbdəki pul cərimələri alverə gətirib çıxaracaq”

“Bu gün Təhsil Nazirliyi məktəblərdə rüşvətxorluğa qarşı mübarizə aparır. Amma biz cərimələr məsələsini tətbiq etməklə bu problemin həllini daha da qəlizləşdirə bilərik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Elmira Axundova Azərbaycanda təhsildən yayınan şagirdlər üçün cərimə tətbiq olunacağı ilə bağlı İnzibat Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, belə olan halda bəzi valideynlər əvvəlcədən məktəb müdirlərinə cərimələr ödəyəcək ki, uşağını rahat repetitor yanına göndərsin: “Baxın, bu gün müasir təhsil komplekslərində davamiyyət yaxşıdır. Çünki həmin məktəblər şagirdləri universitetə hazırlayır. Dövlət məktəblərində isə dərslər keçirilmir. Müəlllimlər özləri repitotorluq edirlər. Pul cərimələri alverə gətirib çıxaracaq. Yazılıb ki, şagird cərimə edilsin. Şagirdin pulu var bəyəm? Heç olmasa “valideynlər tərəfindən” sözü əlavə edilsin. Düşünürəm ki, bu qanunun qəbul edilməsinə tələsməməliyik”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın