Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Məkkədəki faciəyə Kralın oğlu səbəb olub – Ərəb mediası

Məkkədəki faciəyə Kralın oğlu səbəb olub – Ərəb mediası

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində 717 nəfər ölüb, 863 zəvvar isə xəsarət alıb.

Ölənlər arasında Türkiyə vətəndaşı olmasa da onlardan 18 nəfərin aqibəti məlum deyil. İran İslam Respublikasının isə 96 vətəndaşı dünyasını dəyişib.

“ Azinforum. az ” ın faktxəbər-ə istinadən məlumatına görə, ərəb mediası faciəyə səbəb kimi Kral Salmanın oğlunu göstərir.

Belə ki, Məhəmməd bin Salmanın kortejinin keçdiyi üçün zəvvarların yolu bağlanıb və zəvvarlar da məcbur olub əks yolla hərəkət etməyə başlayıblar. Elə bu zaman insan kütləsinin çoxluğu yaranıb və qarşılıqlı hərəkət edən kütlələr arasında tələfat baş verib.

Qeyd edək ki, bundan əvvəlki kran faciəsi də Məhəmməd bin Salmanın rəhbərlərindən olduğu şirkətlərdən birinin səhlənkarlığı nəticəsində baş vermişdi.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın