Cümə axşamı , May 23 2019
Ana səhifə / Siyasət / Məhkum qəzetə danışdığına görə “kars”a salındı

Məhkum qəzetə danışdığına görə “kars”a salındı

14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Tahir Əliyev “Yeni Müsavat”a danışdığına görə “kars”a salınıb. Bu haqda redaksiyamıza onun yaxınlarından biri məlumat verib. Deyib ki, Tahir Əliyev sizin qəzetə danışdığına görə onu “kars”a salıblar.

Yada salaq ki, “Yeni Müsavat”ın 18 may trixli sayında “14 saylı həbsxanadan “Yeni Müsavat”a həyəcanlı zəng” sərlövhəli yazı dərc olunub. Həmin yazı 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan məhkum Tahir Əşrəf oğlu Əliyevin “Yeni Müsavat”a açdığı telefon zəngi zamanı dediyi sözlər əsasında hazırlanmışdı. Məhkum üzləşdikləri haqsızlıqlar haqda prezidentə, general Mədət Quliyevə onun haqq səsini çatdırmağımızı istəmişdi. Demişdi ki, cəzaçəkmə müəssisəsinin rəis müavini Natiq Hacıyev məhkumların prezidentə, ədliyyə nazirinə, dövlət qurumlarına yazdıqları məktubların ünvanına çatmasına imkan vermir. O bir qədər obrazlı şəkildə fikirini ifadə edərək “biz məhkumlar “cənab zibil yeşiyi”nə yazmağa məcburuq. Çünki burada yazdığımız məktubları “zampolit” Natiq Hacıyev alıb zibil qabına atır. Baxmır ki, orada prezidentin, nazirin adı var”.

Məhkum həmçinin ötən il dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişən Elşad Babayevlə bağlı da bildiklərini bölüşmüşdü.
Sitat: “Burada məhkum Elşad Babayevi döyüb öldürüblər. Onu nəzarətçi Rahib və başqaları rəisin razılığı ilə döyüb öldürüblər. Dustaqlar da buna etiraz etmişdi. Bundan sonra “voyska”nı içəri töküb hamının başını-gözünü partlatdılar. Bizi pis günə saldılar. Elşad Babayevin işini araşdıran müstəntiq türmə rəhbərliyinə sərf edən məhkumları dindirir. Kim ki, həqiqəti deyə bilərdi onları nahaq yerə qapalı cəzaçəkmə yerinə göndərdilər”.
Epilepsiya xəstəsi, 2-ci qrup əlil olan T.Əliyev ölkə rəhbərliyindən kömək istəmişdi.
Məhkuun “kars”a salınması ilə bağlı Penitensiar Xidmətin Mətbuat Xidmətinin verəcəyi açıqlamanı dərc etməyə hazırıq

Həmçinin oxuyun

Gürcüstan XİN Azərbaycanla sərhəd məsələsi üzrə danışıqlar barədə

“Gürcüstan tərəfi Azərbaycanla sərhəd məsələsi ilə bağlı danışıqların strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun davam etdirməyə …

Bir cavab yazın