Çərşənbə , Mart 29 2023
Ana səhifə / Siyasət / “Məhkəmələr qorxur, işi dövlət orqanlarının xeyrinə həll edir”

“Məhkəmələr qorxur, işi dövlət orqanlarının xeyrinə həll edir”

“Məhkəmə islahatları ilə bağlı nə deyilir, deyilsin. Bir sıra məsələlərdə hələ də hüquqların pozulması prosesi davam etməkdədir”.
Bunu Ombudsmanın Milli Məclisdəki hesabatı ilə bağlı çıxış edən millət vəkili Fazil Mustafa deyib.
“Məhkəmələr bir çox hallarda işi dövlət orqanlarının xeyrinə həll edir, qorxur ki, birdən filan məmurun əleyhinə qərar çıxarsam, böyük problemlər yaşayacam. İş adamlarını beləcə sıxışdırırlar, sıradan çıxarırlar. Mexanizmlər lazımi səviyyədə işləmir. Əlilliyin təyinatından tutmuş, pensiyaya qədər. Əvvəllər kənddə pensiya alan bir ailənin üzvü indi o pensiyadan məhrum olub, Rusiyadan da pul gəlmir, dilənçi vəziyyətinə düşməkdədir. Bu işsizliyin sonda Azərbaycanda hansı nəticələr doğuracağını son günlər kütləvi izdihamlarda gördünüz. Hamı xurafata, cəhalətə yönəlməyə başlayır”, – deputat bildirib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, formal parlament hakimiyyətindən bu gedişlə əsər-əlamət qalmayacaq”

Məlumata görə, Nikol Paşinyanın müxtəlif vaxtlarda tirajladığı konstitusiya dəyişiklikləri paketi ilə bağlı yeni proseslər gedir. …