Cümə , Yanvar 21 2022
Ana səhifə / Siyasət / Məhkəmədə Əli Əliyevin halı pisləşdi: həkim çağırıldı – FOTO

Məhkəmədə Əli Əliyevin halı pisləşdi: həkim çağırıldı – FOTO

Bu gün məhkəməsi keçirilən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin proses zamanı səhhəti pisləşib.

Bakupost.az xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov məlumat paylaşıb. O bildirib ki, partiya sədrinin səhhəti pisləşdiyinə görə təcili yardım çağırılıb və həkimlər tərəfindən onun qan təzyiqi 210/130 müəyyən edilib. C. Cavadovun sözlərinə görə, Ə. Əliyevə sahə həkiminə müraciət etmək məsləhət görülüb.

2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında şikayət veriblər. İddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” yutub kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bildirək ki, hazırda proses Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilir.

Həmçinin oxuyun

“Kərim Şükürov arxayınçılıq hissinə qapılmasın, HÖRÜMÇƏK çox kinli və qərəzlidir”

Deyəndə ki,  Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin yeri deyildi, məni prezidentin qərarına qarşı çıxmaqda …