Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Məhkəmə qərar verdi: telefonları dinləməyə davam

Məhkəmə qərar verdi: telefonları dinləməyə davam

ABŞ Məhkəməsi qərar verdi: telefonları dinləməyə davam
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (ANB) amerikalıları dinləməyə və izləməyə davam edə bilər. Bu haqda qərar Vaşinqtonda elektron izləməyə dair keçirilən məhkəmə prosesində çıxarılıb.

AzVision.az xatırladır ki, 2001-ci ildə qəbul olunan və “Patriot Aktı” adlanan izləmə proqramının müddəti iyunda başa çatmışdı. Bundan sonra Konqress “Azadlıq Aktı” adlanan sənəd qəbul edərək, proqramın müddətini uzatmışdı.

Məhkəmənin qarşısında qaldırılan sual bu idi ki, Konqresin həmin qərarı vətəndaşların zəngləri haqqında ətraflı məlumat toplamaq üçün icazə sayılırmı? Məhkəmə suala müsbət cavab verib: Bəli, ANB-nin icazəsi var!

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın