Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Siyasət / Məhkəmə-Hüquq Şurası iki hakimi cəzalandırdı

Məhkəmə-Hüquq Şurası iki hakimi cəzalandırdı

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar vurğulanıb, bəzi kadr və digər təşkilati məsələlərə baxılıb.

Iclasda səlahiyyət müddətləri başa çatan bir sıra məhkəmə sədrlərinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılıb, onların işinin yerində öyrənilməsi nəticələri, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi və digər məlumatlar ətraflı müzakirə olunub. Aparılmış qiymətləndirmə nəticələri üzrə həmin məhkəmə sədrlərinin fəaliyyəti məqbul bilinərək yenidən təyinatları məqsədəmüvafiq hesab edilib.

Həmçinin iclasda hakimlər barədə intizam icraatlarına baxılaraq kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Anar Rzayevə və Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevə töhmət verilib, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb.

Həmçinin oxuyun

Bəxtiyar Hacıyev “erməni dəyirmanının suyunu necə qurutdu”?..

Anlaşılan, alışdığı-öyrəşdiyi tək qapıya oynamağı seçdi Belə də naşılıq olmaz ki? Mən şəxsən düşünürdüm ki, …

Bir cavab yazın