Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Siyasət / “Məhəmməd Mirzəli gəncləri hakimiyyətə itaətsizliyə, üsyana, terrora çağırıb” – DEPUTAT

“Məhəmməd Mirzəli gəncləri hakimiyyətə itaətsizliyə, üsyana, terrora çağırıb” – DEPUTAT

“Məhəmməd Mirzəli ilə bağlı məsələ istintaq orqanlarının işidir və məsələnin mahiyyəti, onun motivləri haqqında obyektiv mövqeyi ancaq hüquq-mühafizə orqanları bildirə bilər. Bu məsələ ilə bağlı onu qeyd edə bilərəm ki, Azərbaycanda siyasi leksikona söyüş və təhqiri gətirənlərdən biri də məhz Məhəmməd Mirzəlidir. Onun leksikonunun mübtədası və xəbəri söyüş və təhqirdir”. 

Bunu Pravda.az-a açıqlaması zamanı Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki,  bu şəxs hər zaman insanların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaltmaqla məşğul olub: “Hər zaman mənbəsiz yalan xəbərlərlə insanları təhqir edib və aşağılayıb. Təəssüflər olsun ki, bütün bunlara baxmayaraq  cəzasız qalıb. Onun fəaliyyəti faktiki olaraq kriminal fəaliyyətdir və kriminal fəaliyyəti olan birinin dostları da, sözsüz ki, kriminal aləmin nümayəndələri olacaq. Bu aləmin üzvlərinin münasibətində, hesab edirəm ki, fiziki cəhətdən bir-birinə ziyanvermə halları tez-tez baş verə bilər. Yəni bütün fəaliyyəti kriminal fəaliyyət kəsb edən insanın əhatəsində də kriminal dünyanın insanları olacağı istisna olmadığı kimi, belə olan halda məlum hadisənin baş verməsi də istisna deyil. Lakin təkrar edirəm, mən hüquq-mühafizə orqanlarının işinə müdaxilə etmək istəmirəm, bu, onların işidir”. 

E.Nəsirov əlavə edib ki, Məhəmməd Mirzəli hər zaman çıxışlarında gəncləri xaos və anarxiyaya dəvət edib:  “Mən Məhəmməd Mirzəlini ancaq onun “YouTube” kanalında dövlətimiz əleyhinə səsləndirdiyi antimilli bəyanatlardan tanımışam. O, gəncləri Azərbaycanda hakimiyyətə itaətsizliyə, üsyana, terrora çağırıb. Bunun dəfələrlə şahidi olmuşuq. Hətta bir dəfə çıxışı zamanı üzünü gənclərə tutub deyib ki, sizi xaosa dəvət edirəm. Həmin vaxt yanındakılardan biri ona bunun yaxşı ifadə olmadığını işarə edib, bildirib ki,  sən doğru demirsən. Məhəmməd Mirzəli isə cavabında deyib ki, mən gəncləri yaxşı mənada xaosa dəvət edirəm. Bu fikir elə Məhəmməd Mirzəlinin bütün mahiyyətini ifadə edir. Beləki, onunla bağlı baş verən bu hadisəyə hüquqi baxımdan münasibət bildirmədim, sadəcə olaraq bu şəxsi siyasi baxımdan xarakterizə etdim”. 

Qeyd: Ötən gün mühacir bloger Məhəmməd Mirzəli Fransada bıçaqlanıb.

Həmçinin oxuyun

Ekspert Prezidentin yaratdığı yeni QHT agentliyini şərh etdi

“Uzun illərdir görürdük ki, ləvg edilmiş QHT şurası ayrılan vəsaitlərin qeyri-rasional xərcləməsi ilə məşğuldur”.Bunu iqtisadçı ekspert …