Şənbə , İyul 20 2019
Ana səhifə / Siyasət / Mədət Quliyev məzun günündə – Foto

Mədət Quliyev məzun günündə – Foto

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında məzun buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilib.

Dövlət Xidmətinin İctimai əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, rəhbər işçilərin, təhlükəsizlik orqanlarının veteranlarının, məzunların valideynlərinin iştirak etdikləri tədbirdə şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə DTX-nin rəisi general-leytenantMədət Quliyevə raport verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant M.Quliyev təntənəli mərasimdə çıxış edərək, buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, müstəqilliyi, dövlətçiliyi qorumaq və təhlükəsizliyi etibarlı təmin etmək ən ümdə vəzifələrdir.

General-leytenant M.Quliyev xatirələrində əbədi qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib.

Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər.

Təntənəli mərasimin sonunda general-leytenant M.Quliyev məzunların valideynləri ilə görüşüb.

 

Mədət Quliyev məzun günündə -  Foto

Həmçinin oxuyun

Hakim blokun deputatı Ermənistanın AŞPA-dakı nümayəndə heyətindən çıxarılır

Ermənistan parlamentindəki hakim “Mənim addımım” blokunun deputatı Ovannes İgityan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə …

Bir cavab yazın