Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / Mədəniyyət Nazirliyində növbəti dəyişikliklər: yeni aparat rəhbəri, şöbə müdirləri təyinatı + Adlar

Mədəniyyət Nazirliyində növbəti dəyişikliklər: yeni aparat rəhbəri, şöbə müdirləri təyinatı + Adlar

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, nazirin müvafiq əmrinə əsasən, Fikrət Köçəri oğlu Babayev nazirliyin Aparat rəhbəri təyin edilib.
Yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə edilib.
Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin olunub.
Bundan əlavə, İntiqam Hümbətov Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İ.Hümbətov bundan əvvəl nazirlikdə İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri işləyib. O, həm də KİVDF-nin Müşahidə Şurasının üzvüdür.

Həmçinin oxuyun

Rus icmasından Azərbaycan Ordusuna dəstək verildi –FOTOLAR

Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib. Tədbir Azərbaycanın Rus icması tərəfindən təşkil olunub. …