Şənbə , Fevral 27 2021
Ana səhifə / Siyasət / “Lütfi Zadə ilə bir neçə saat bundan əvvəl danışdıq, hər şey qaydasındadı”

“Lütfi Zadə ilə bir neçə saat bundan əvvəl danışdıq, hər şey qaydasındadı”

“Məlum yazını oxuyanda sonra şəxsən özüm Zadə ilə danışdım. Bakı vaxtı ilə gecə saat bir, Koliforniya vaxtı ilə isə gündüz saat 1 idi. Şəxsən özü ilə danışdım. Çünki yazılarda ifrata varılırdı. Bu cür yazılara ehtiyac yoxdu. Özü ilə danışdım. Avqustun 22-23-də Budapeştdə sözlə hesablama mövzusunda beynəlxalq konfrans  olacaq. O, fəxri sədr, mən isə sədrəm. Onu müzakirə etdik. Konfransa kimlərin gələcəyini müzakirə etdik. Kanada, Amerika, Avropa ölkələri, Yaponiyadan nümayəndələr gələcək. Mənə də təşəkkür etdi ki, sağ olun ki, zəng vurub maraqlandınız”.
Bunu moderator.az  saytına açıqlamasında dünən vəsiyyəti yayılan dünyanın nəhəng alimlərindən biri Lütfi Zadənin elmi silahdaşı və varisi olan tanınmış alim professor Rafiq Əliyev deyib.
Qeyd edək ki, dünən vəsiyyət mətni yayılan Lütfi Zadənin hətta dünyasını dəyişməsi, durumunun ağır olması haqqında da məlumatlar yayılmışdı. Qeyd edək ki, vəsiyyət həm də hüquqi bir sənəddir. İnsan yaşının istənilən mərhələsində onu yazmaq hüququna malikdir. Səhhətində gəldikdə isə, Rafiq Əliyev onun elmi konfrans haqqında düşündüyünü bildirib.
Bizdə sosial şəbəkələr və saytlarda ifrata varılıb. İnanın,12 saat bundan əvvəl danışmışam. Hər şey qaydasındadı.

Həmçinin oxuyun

Baş nazir müavinlərinə martın 1-dək qoyulan vaxt bitir

Martın 1-nə sayılı günlər qaldı. 11 yanvarda Moskvada Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş …

Bir cavab yazın