Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Siyasət / Lukaşenko: “Heydər Əliyevin şəxsiyyəti ilə bağlı mühazirələr oxumuşam”

Lukaşenko: “Heydər Əliyevin şəxsiyyəti ilə bağlı mühazirələr oxumuşam”

Belarus Prezidenti Aleksandr Lukaşenko “Sputnik Belarus”a müsahibəsində Belarus və Azərbaycan münasibətləri haqda suala cavab verərkən şəxsi münasibətlərin böyük siyasətə təsirinə toxunub.

Belə ki, Belarus Prezidenti bu münasibətləri nümunəvi adlandırıb.

“Mən azərbaycanlıların belaruslara münasibətlərini bilirəm – daha yaxşısı bizə lazım da deyil. Onlar bizə qardaş kimi baxırlar, bu, müsəlman dövlətinin xristian dövlətinə münasibətində nümunədir”, – Aleksandr Lukaşenko əmindir.

Azərbaycan Prezidenti İlham Əliyevlə isti münasibətlər həm də Lukaşenkonun,  onun atası Heydər Əliyevin dostluğu sayəsində formalaşıb. Belarus lideri vaxtilə böyük Əliyev şəxsiyyəti haqda necə mühazirə oxuduğu barədə danışıb.

“İlhamın mənə və ya mənim ona bir zəngim – bütün məsələlər həll edilir”, – Prezident deyib.

O, Azərbaycanın başçısına, Belarusun sanksiyalar altına düşdüyü vaxt tutduğu prinsipial mövqeyə görə  təşəkkür edib.

“Amerika və Avropa İttifaqı sanksiya tətbiq edərkən o susmurdu və bizi dəstəkləyirdi. Gürcü Saakaşvili kimi. O, Belarus üçün vuruşurdu, hamını fikrindən daşındırırdı: “Siz Belarusu, prezidentini tanımırsınız” deyirdi”, – Lukaşenko Belarus və Azərbaycanın münasibətlərini şərh edərkən qeyd edib. (Virtualaz.org)

Həmçinin oxuyun

Paşinyandan ilk etiraf: Müharibə bitməyib

“İyunun 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı …