Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Londonda daşınmaz əmlak alan azərbaycanlılarla bağlı yoxlamalar başladı

Londonda daşınmaz əmlak alan azərbaycanlılarla bağlı yoxlamalar başladı

Londonda daşınmaz əmlak alan azərbaycanlılarla bağlı yoxlamalar başladı
Britaniya paytaxtının meriyası Londondakı daşınmaz əmlakın xarici investorları ilə bağlı genişmiqyaslı yoxlamaların başlandığını elan edib.

Bu barədə “The Guardian”a müsahibəsində şəhərin meri Sadiq Xan bildirib.

Onun sözlərinə görə, hakimiyyət yoxlama çərçivəsində onu dəqiqləşdirmək istəyir ki, xarici investorlar London mənzil bazarının formalaşmasında hansı rolu oynayırlar.

Əvvəllər belə genişmiqyaslı yoxlamalar aparılmayıb. Bu təşəbbüs şəhərdə daşınmaz əmlakın qiymətlərinin artması fonunda meydana gəlib. Reuters-in məlumatına görə, 2015-ci ilin iyulundan 2016-cı ilin iyuluna qədər Londonda daşınmaz əmlakın qiyməti 12 faiz artıb.

Britaniya KİV-i 2016-cı ilin mayında müəyyən edib ki, Londonun mərkəzindəki Tower göydələnində elit apartamentlərin üçdə ikisindən çoxu xarici alıcılara məxsusdur. (virtualaz.org)

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın