Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Siyasət / Livan ermənilərinin aqresiyası məhz bununla bağlıdır – “Zabuxda onlara 150 ev tikilmişdi…”

Livan ermənilərinin aqresiyası məhz bununla bağlıdır – “Zabuxda onlara 150 ev tikilmişdi…”

Xəbər verdiyimiz kimi, dünən Livanda yaşayan bir qrup erməni paytaxtı Beyrutdakı Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

Binanın qarşısına toplayaşan 100-ə yaxın erməni əvvəlcə Azərbaycan əleyhinə şüarlar səsləndirib. Daha sonra diplomatik korpusa hücum çəkməyə çalışıb, bu zaman əllərində olan daş, butılka və s. əşyaları binaya doğru atmağa çalışıb.

Ərazidə olan təhlükəszilik qüvvələrinin əməkdaşları zor tətbiq edərək kütləni dağıdıb.

Deputat Vüqar Bayramov deyir ki, Livanda yaşayan ermənilərin bu aqressiyası təsadüfi deyil: “ Livanlı erməni iş adamlarının yaratdığı “Ari” fondu uzun müddət işğal altında qalan Laçın rayonunun Zabux kəndində 2013-cü ildə qanunsuz olaraq 150 evdən ibarət qəsəbə salmışdı. Zabuxda əsasən Livandan gətirilən erməni ailələri qanunsuz olaraq yerləşdirilmişdi. Zabux bu ilin avqust ayında işğaldan azad olunandan sonra həmin ermənilər də qeyri-leqal yaşadıqları kənddən qaçmalı oldular”.

Deputat əlavə edib ki, Laçın şəhərində 30 ilik erməni işğalı müddətində də Livanlı erməni ailələrin məskunlaşması faktları var idi.

“Həmin ərazilərimizin işğaldan azad olması Livanlı erməniləri çox narahat edir və bu aqresiyanı da məhz səfirliyimizə hucumla nümayiş etdirdilər”, -V.Bayramov vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan güclüdür və belə “hucumlar” ilə regiondakı düzəni dəyişmək olmaz: “Həmin ərazilərimizin tarixi sahibləri olan Azərbaycan vətəndaşları isə tezliklə öz dogma torpaqlarına qayıdacaqlar”.

Həmçinin oxuyun

Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun …