Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / “Lider” TV-nin rəhbəri: “Burada təəccübli bir şey yoxdur”

“Lider” TV-nin rəhbəri: “Burada təəccübli bir şey yoxdur”

Bir müddət öncə “Lider” TV-nin bütün əməkdaşlarının işdən kənarlaşdırılması barədə  KİV-də xəbər yayılmışdı.

Telekanalın rəhbəri Ədalət Əliyev açıqlama verib. O bildirib ki, hazırda “Lider” TV-də hər hansı bir problem yoxdur:

“Heç kim işdən getməyib. İşçilər uzun müddətdir ki, işləyirlər. Məzuniyyətə çıxmayanlar olur. Özüm deyirəm ki, gedin məzuniyyətə istirahət edib, sonra gəlin. Məzuniyyətə gedənlərin bir qismi artıq işlərinin başındadır. Qeyd edim ki, pandemiya ilə bağlı növbəli işləyirik. İki aydır ki, karantinlə əlaqədar əməkdaşlar evdən işləyirlər. Onu da deyim ki, hər hansı iş yerində kimlərsə işdən çıxa bilər, yeni işçilər gələ bilər. Burada təəccübli bir şey yoxdur”.Unikal

Həmçinin oxuyun

Ərdoğan Putinlə telefon danışığının detallarını AÇIQLADI

“Bir əsrdir imperialistlərin oyun meydanına çevrilmiş bu qədim coğrafiyanın artıq məngənədən xilas olmaq vaxtı gəlib …