Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / lham Əliyev: “Əməliyyatları dayandırırıq, amma bir şərtlə…”

lham Əliyev: “Əməliyyatları dayandırırıq, amma bir şərtlə…”

Bu gün döyüşlərdə qəhrəmancasına döyüşmüş hərbçilərlə, yaralı uşaqlarımızla görüşdüm, onları təbrik elədim, bir vətəndaş, Ali Baş Komandan, Prezident kimi onlara Azərbaycan xalqı dövləti altından təşəkkür Biz onlarla fəxr edirik.

Bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı yaralı hərbçilərimizin mərdliyinə diqqəti cəlb edib: “Onlar yaralı vəziyyətdə uzanıblar, yenə də deyirlər ki, burdan çıxaq gedək döyüş bölgələrinə. Bu Azərbaycan xalqının ucalığıdır. Bu göstərir ki, nə qədər bizim xalqımız dəyərlidir, mətindir, vətənpərvərdir.

Uşaqlar müstəqillik dövründə formalaşıblar, müstəqil Azərbaycan bayrağı altında böyüyüblər. Onlarda milli qürur, milli ləyaqət hissi çox yüksəkdir. Mən həmişə demişəm ki, gənclərimiz vətənpərvər, vətənə bağlı olmalıdırlar”, – deyə, Ali Baş Komandan qeyd edib.

“OTURDUQLARI YERLƏRDƏN TƏRPƏNMƏSİNLƏR”

Xalqa müraciət edən Prezident bildirib ki, ölkəmizin ərazi bütövlüyü hər bir vətəndaşımızın müqəddəs borcudur:

“Ölkəmizin ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Əgər bu gün Ermənistan rəhbərliyi öz səhvlərini başa düşüb danışıqlar məsələsi arxasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün əsaslar var.

Biz bunu istəyirik. Azərbaycan bu gün də bəyan edir ki, birətrəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır, amma bir şərtlə: qarşı tərəf bundan istifadə etməsin. Onlar da dayandırsınlar, oturduqları yerlərdən tərpənməsinlər”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın