Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Leyla Yunusla Arif Yunusun məhkəməsi – İsa Qəmbəri içəri buraxmadılar (VİDEO)

Leyla Yunusla Arif Yunusun məhkəməsi – İsa Qəmbəri içəri buraxmadılar (VİDEO)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunusun və hayat yoldaşı, tarixçi Arif Yunusun məhkəmə prosesi başlayıb.
Məhkəmədə olan Meydan TV əməkdaşının verdiyi məlumata görə, prosesə yalnız səfirliklərin nümayəndələri və iki jurnalist buraxılıb. Zalda yer olmadığını əsas gətirən nəzarətçilər prosesi izləməyə gələnləri və jurnalistləri içəri buraxmayıb. Bundan əlavə, məhkəmənin qarşısında dayanan polislər də çəkiliş aparılmasına mane olurlar. Məhkəmə işçiləri prosesi izləməyə gələnləri zorla gözləmə zalından çıxarıblar.
“Mənim üçün fərqi yoxdur siz hansı hökmü çıxaracaqsız. Sizin adınız qatil və cəllad kimi tarixə düşəcək”.
Meydan TV əməkdaşının verdiyi məlumata görə, bu sözləri bu gün keçirilən məhkəmə prosesində Leyla Yunus deyib.

Xatırladaq ki,  Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.

«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

Hazırlıq iclası iyulun 15-də olub. Hazırlıq iclasında Leyla Yunus təcridxanada məruz qaldığı işgəncələrdən danışıb, əri Arif Yunusun başında şiş yarandığını, tibbi müalicəyə ehtiyacı olduğunu söyləyib.

Penitensiar Xidmət daha öncə işgəncəylə bağlı yayılan xəbərləri təkzib edib.

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın