Bazar , Oktyabr 25 2020
Ana səhifə / Siyasət / Leyla Yunus da Elçibəyi KQB agenti adlandırdı — QALMAQAL

Leyla Yunus da Elçibəyi KQB agenti adlandırdı — QALMAQAL

1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbər 1993-cü ilin iyununda baş verən və Əbülfəz Elçibəyin hakimiyyətinə son qoyan hadisələrin bəzi təfərrüatlarını 27 il sonra AzadlıqRadiosuna danışıb. Azad Demokratlar Partiyasının sədri, 1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini postunu tutmuş Sülhəddin Əkbər son müsahibəsində bir sıra maraqlı və diqqət çəkən açıqlamalar verib.

Həmin açıqlamalar onun KQB arxivlərinin açılması, AXC rəhbərliyindəki şəxslərin bəzilərinin Rusiya xüsusi xidmət orqanlarının agenti olması və digər məsələlərlə bağlı fikirlərini əhatə edir. O, deyib ki, Elçibəy onun KQB arxivlərinin açılmasınına qarşı olub və imkan verməyib.

Mövzu bir neçə gündür ki, gündəmdədir və hətta ölkənin sabiq Baş naziri Pənah Hüseyn və eks-prezidentin köməkçisi Oqtay Qasımov da açıqlama verib Sülhəddin Əkbərin fikirlərini təkzib ediblər.

Xatırladaq ki, ötən il, 2019-cu ildə xaricdə yaşayan QHT rəhbəri, AXC-nin fəallarından olmuş Leyla Yunus iyulun 17-də Sevinc Osmanqızının onlayn tv kanalına müsahibə vermişdi. O, müsahibəsində sabiq prezident Əbülfəz Elçibəyi Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) agenti adlandıraraq onun 70-ci illərdən Heydər Əliyevə işlədiyini iddia edib.

Leyla Yunusun açıqlamasında deyir: “Əbülfəz Elçibəy Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün müvəqqəti seçilmiş insan idi. O, dərk edilmiş şəkildə həbsdən çıxandan sonra – 1976-cı ildən Heydər Əliyevə işləyirdi. Elçibəy Sovet İttifaqı dövründə rejim barədə yalan və böhtan yaydığına görə həbs olunmuşdu, cəmi 1 ildən sonra azadlığa çıxdı. Onun azadlığa çıxmasının ciddi səbəbləri var idi. Bu səbəblərdən biri KQB ilə əməkdaşlıq ola bilər. Sonrakı araşdırmalar onu göstərir ki, elə məhz KQB ilə əməkdaşlığa razı olması onun azadlığa çıxmasının əsas səbəbi idi…

Elə maddə ilə ittiham olunan Elçibəy AMEA Əlyazmalar İnstitutuna işə düzəldi, təşəkkürünü bildirmək üçün Heydər Əliyevin portretini öz otağından asdı. Hətta cəbhəçilərə də göstərirdi… Lalə Şövkətin dediyini olduğu kimi sitat gətirəcəm. O deyirdi ki, Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonra Heydər Əliyev mənə Naxçıvandan zəng elədi və dedi ki, onda olan məlumata görə, Elçibəy prezidentliyə namizədliyini irəli sürəcək. Mən Moskvadan Bakıya gəldim, Elçibəydən soruşdum ki, bu doğrudurmu? Elçibəy and içdi ki, prezidentliyə namizədliyini irəli sürməyəcək. Prezident yeri Heydər Əliyevə məxsusdur. O zaman qanun var idi ki, 65 yaşdan yuxarı olan vətəndaşlar Azərbaycanın prezidenti ola bilməz. Ona görə də Heydər Əliyevə KQB-də “verbovka” olunmuş şəxsi gətirmək lazım idi ki, ötürücü funksiyası daşısın. Belə də edildi. Elçibəy hakimiyyəti ələ keçirdi, sonra uyğun vaxtda onu H.Əliyevə ötürdü. 1992-1993-cü illərdə H.Əliyev minimum 2 dəfə Bakıya gəlmişdi. O, Elçibəyi təlimatlandırırdı…”

Maraqlıdır ki, Elçibəyin komandasından heç kim Leyla Yunusun bu ittihamına cavab verməmişdi. (xeberinfo.de)

Həmçinin oxuyun

Daniyelyan: “Mnatsakanyanın cavab verə bilmədiyi suallar…”

“Zöhrab Mnatsakanyanın müsahibəsini diqqətlə oxuyun, daha dəqiq desəm, onun cavab verə bilmədiyi KİV-in suallarını oxuyun”. …