Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Leyla və Arif Yunuslarin ölkədən çıxışlarına icazə verildi

Leyla və Arif Yunuslarin ölkədən çıxışlarına icazə verildi

Hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun ölkədən çıxışlarına qoyulan məhdudiyyət aradan qaldırılıb. Artıq Yunuslar müalicə olunmaq üçün ölkədən çıxa biləcəklər.
Musavat.com-un məlumatına görə, bu barədə sosial şəbəkələrdə Leyla və Arif Yunusların vəkili Elçin Sadıqov status paylaşıb: “Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib. Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandırılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar. Hər iki böyük insanı təbrik edirəm, onlara Allahdan şəfa və uzun ömür arzulayıram. Təbii ki, tam bəraət alınana qədər məhkəmə işləri davam edəcək”.
Xatırladaq ki, Leyla və Arif Yunuslar ötən il 5 il müddətinə şərtli cəza ilə azadlığa buraxılmışdılar.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın