Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Siyasət / Leyla Şıxlinskaya klinikası bağlanır

Leyla Şıxlinskaya klinikası bağlanır

Azərbaycanın bağlanmış tibb ocaqlarının sırasına daha biri qoşulur. Bu dəfə Bakının ən tanınmış klinikalarından biri qapanır.

Milli.az-ın məlumatına görə, Leyla Şıxlinskaya klinikası fəaliyyətini dayandırır. Klinikaya növbəti fəaliyyəti üçün lisenziya verilmədiyi deyilir. Klinika bağlandığına görə artıq həkim heyəti başqa müəssisələrdə özünə iş tapıb. Tibb ocağı isə qapılarının bağlanmasını təmirlə əlaqələndirir. Klinikadan bildirilib ki, hazırda müəssisə lisenziya almaq ərəfəsindədir. Beş illik lisenziyanın vaxtı bitmək üzrədir. Ona görə də klinika müvəqqəti olaraq təmirə dayanır.

Qeyd edək ki, əsasən ginekoloji sahə üzrə məşhurlaşan L.Şıxlinskaya kilinikasının tanınmış ginekoloq və uşaq həkimləri müxtəlif vaxtlarda paytaxtın başqa tibb müəssisələrinə keçiblər. Bundan başqa, Bakıda fəaliyyət göstərən bir neçə klinikaya lisenziya verilmədiyindən fəaliyyətini dayandırıb.

Həmçinin oxuyun

Səfir: “Fransa-Azərbaycan münasibətlərinə yenidən başlamağın vaxtıdır”

“Fransa Ermənistan və Gürcüstan kimi, Azərbaycanın da hər zaman dostu olub və istisnasız Cənubi Qafqazın …

Bir cavab yazın