Ana səhifə / Siyasət / Leyla Əliyevanın deputat olmasını YAP-da istəyir – Müsahibə

Leyla Əliyevanın deputat olmasını YAP-da istəyir – Müsahibə

“Mən hesab edirəm ki, Leyla xanım Əliyevanın Milli Məclisdə təmsil olunması ilk növbədə Azərbaycan gəncliyinə verilən böyük etimad və töhfə olar”.

Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Ölkə.Az”-a müsahibəsində deyib.

Deputatın sözlərinə görə, bu gün kifayət qədər Azərbaycan gəncləri parlamentdə və digər vəzifələrdə təmsil olunurlar. Çünki Azərbaycan dövlətinin və xalqının öz gənclərinə böyük inamı və güvəni var:

“Ötən il Azərbaycanda keçirilən referendumda da xalqın səs çoxluğu ilə parlamentdə təmsil olunmaq üçün yaş fərqini 18 yaş etmişik. Bu il isə qardaş Türkiyədə keçirilən referendumda yaş fərqi 18-ə endirilib. Bu təcrübə bir çox demokratik ölkələrdə var. Çox sevinirəm ki, bu addım Türkiyə və Azərbaycanda eyni vaxtda reallaşıb. Bütün bunlar bir növ potensiallı gənclərə meydan verməkdir”.

Onun sözlərinə görə, bu gün sosial şəbəkələr, internet əsridir. Belə bir dövrdə nə qədər gənclərin təmsil olunmasına diqqət etmək lazımdır. Bizim ulu babalarımız da öz bacarıqları ilə böyük işlər görüblər. Sultan Fateh 21 yaşında Konstantinopolu fəth edib. Eləcə də Uzun Həsən, Şah İsmayıl Xətai və digər tarixi şəxsiyyətlərimiz buna nail olublar: “Leyla xanım Əliyeva da Azərbaycan dövləti və xalqı üçün böyük və əvəzsiz işlər görüb. Onun müsbət və uğurlu fəaliyyəti bu gün də davam edir. Hesab edirəm ki, Leyla Əliyevanın Milli Məclisdə təmsil olunması parlamentin fəaliyyəti və gənclər üçün müsbət töhfələr verər. Şübhəsiz ki, onun gördüyü işlər Leyla Əliyevanın Milli Məclisdə təmsil olunmasına layiq olduğunu bir daha sübut edir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın