Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / Leyla Əliyeva ICF-in Bakı Konqresinə qatılıb – Tədbirdə 89 ölkədən 200-dən çox nümayəndə var

Leyla Əliyeva ICF-in Bakı Konqresinə qatılıb – Tədbirdə 89 ölkədən 200-dən çox nümayəndə var

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (ICF) XXXVI Konqresi işə başlayıb.
Mia.az xəbər verir ki, “Boulevard Hotel Baku”da təşkil olunan tədbirə 89 ölkədən 200-dən çox nümayəndə qatılıb. Daha 29 ölkə isə səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. Beləliklə, ICF-in növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edəcək.
Proqrama əsasən, tədbirin ilk günündə növbədənkənar konqres keçirilib.
ICF-in prezidenti Xose Perurena Lopez Konqresi açıq elan edib.
Sonra sonuncu Konqresdən ötən müddətdə qurumun dünyasını dəyişən üzvlərinin xatirəsi yad olunub.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov tədbirdə çıxış edərək ölkəmizin bu mötəbər tədbirə ev sahibliyi etməsindən qürur duyduğunu bildirib.
O vurğulayıb ki, yaradılmasının on illiyini qeyd edən AMAF ötən müddətdə kifayət qədər uğurlar qazanıb.
ICF-in prezidenti Xose Perurena Lopez Konqresdə qurumun strukturu, habelə təşkilati məsələlərlə bağlı müzakirələrin aparılacağını bildirib.
Qeyd edib ki, ICF-in yeni strukturu və rəhbər orqanları üzrə müzakirələrdən sonra səsvermə keçiriləcək. Habelə nizamnamədə yeni idarəetmə strukturunun fəaliyyəti üçün lazımi dəyişikliklərlə bağlı müzakirələr aparılacaq və səsvermə olacaq.
Konqresin proqramına əsasən, ICF-in prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlərin, ayrı-ayrı qitələr üzrə nümayəndələrin seçkisi daxildir. Bundan başqa, ICF-in 2016-2020-ci illər üçün İnkişaf Proqramının həyata keçirilməsinə dair hesabat, həmin illərdə qarşıya qoyulmuş hədəflər, Direktorlar Şurası, İcraiyyə Komitəsi və milli federasiyaların bütün təklifləri müzakirə olunacaq. Eləcə də federasiya nümayəndələrinin görülən işlərlə bağlı məruzə və hesabatları, həmçinin 2014-2016-cı illərdə maliyyə uğurları və problemlərlə bağlı çıxışlar dinləniləcək. Eləcə də qarşıdakı iki il üçün ICF-in iş proqramı və büdcəsi müzakirə olunaraq səsə qoyulacaq, növbəti Konqresin tarixi və yeri müəyyənləşdiriləcək.
ICF-in Konqresində ölkəmizi Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov, icraçı direktor Rövşən Kərimov və texniki direktor Leyla Əliyeva təmsil edirlər.
Tədbirə noyabrın 26-da yekun vurulacaq.

Həmçinin oxuyun

“O villalardan biri rüşvətxor məmura məxsusdur” – İlham Əliyev

“İnfrastruktur layihələrinə gəldikdə, Şuşa infrastruktur baxımından demək olar ki, tamamilə geridə qalmış bir şəhərdir. Düşmən …

Bir cavab yazın