Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Siyasət / Levon Ter-Petrosyan: Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi

Levon Ter-Petrosyan: Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, dünya ölkələri Qarabağı Azərbaycan ərazisi hesab edir.

Sabiq dövlət başçısı bu barədə Ermənistanın İctimai Televiziyasının efirində deyib.

“Bu məsələdə Ermənistanın müttəfiqi yoxdur və heç vaxt olmayıb. İndi vəziyyət daha da çətindir. Bizim heç nəyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur”, – deyə Levon Ter-Petrosyan vurğulayıb.

O, ikinci prezident Robert Koçaryanın yeni müharibə bəyanatını təhlükəli hesab edir. “Bu, problemlərə gətirib çıxara bilər. İndi orada Azərbaycan qoşunları var, bu, yalnız müharibə halında mümkündür. Yəni Robert Koçaryan yeni müharibə vədini verir.

Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycan ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”, – Levon Ter-Petrosyan qeyd edib. Report

Həmçinin oxuyun

Hikmət Hacıyev “Haber Global”ın efirindən İrana mesaj verdi (VİDEO)

“Qalib xalq olaraq bundan sonra da uğurla yaşayacağıq”.Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Haber …