Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Lerikdə arxeoloji qazıntı zamanı aşkarlanmış nadir tapıntıları kim oğurlayıb? – VİDEO

Lerikdə arxeoloji qazıntı zamanı aşkarlanmış nadir tapıntıları kim oğurlayıb? – VİDEO

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş nadir tapıntılar oğurlanıb.

Nadir tapıntılar rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisində aparılmış qazıntılar zamanı aşkar edilmişdi.

Qazıntılar zamanı ərazidən 2500 il bundan əvvələ aid olduğu müəyyən edilən məzarlıqlarda 120-dən çox qəbir tapılıb. Qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da aşkar edilib. Lakin 3 gün əvvəl qazıntılar zamanı tapılan bir neçə nadir tapıntı oğurlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində tədbirlər görülür, yerli sakinlərin evlərində axtarış aparılır.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın