Çərşənbə axşamı , İyul 27 2021
Ana səhifə / Siyasət / Leonid Kuçma Prezident İlham Əliyevə məktub göndərib

Leonid Kuçma Prezident İlham Əliyevə məktub göndərib

1994-2005-ci illərdə Ukraynanın Prezidenti Leonid Kuçma və ABŞ-ın Nyu-York şəhərindəki Yəhudi İrsi Muzeyinin Qəyyumlar Şurası sədrinin müavini Abraham Foksman Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə məktub ünvanlayıblar.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Son günlərdə Ermənistan tərəfindən Gəncə şəhərində yaşayış binalarına edilmiş hücum nəticəsində, habelə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda həyatını itirmiş insanların yaxınlarına və zərər çəkmiş şəxslərə dərin hüznlə başsağlığı vermək istərdik. Mülki insanlara qarşı yönəlmiş bütün qanunsuz hərəkətləri qınayırıq.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın BMT tərəfindən qəbul edilmiş ərazi bütövlüyü çərçivəsində dərhal icra edilməlidir.

Cənab Prezident, biz həmsədrlərimiz xanım Vayra Vike-Freyberqa, İsmail Serageldin, eləcə də Mərkəzin baş katibinin sonsuz dəstəyi ilə əməkdaşlıq çərçivəsində çalışaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Dağlıq Qarabağla bağlı müzakirələr aparırıq.

Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımızı bildiririk”.

Həmçinin oxuyun

Deputat Şeyxi müdafiə etdi: “İranın Azərbaycan barədə mövqeyi həmişə müsbət olub”

“Şeyx həzrətləri hər zaman bütün məsələlərdə sinəsini qabağa verib, Azərbaycana dəstək olub. Bir kəlmə ilə …