Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Siyasət / LDU-da ilk dəfə olaraq fizika-riyaziyyat fənləri üzrə regional olimpiada keçirilib

LDU-da ilk dəfə olaraq fizika-riyaziyyat fənləri üzrə regional olimpiada keçirilib

Fəaliyyət göstərdiyi 25 il ərzində Lənkəran Dövlət Universitetində ilk dəfə olaraq fizika-riyaziyyat fənləri üzrə regional olimpiada təşkil olunub.Bölgə gənclərinin dəqiq elmlərə olan həvəs və marağını artırmaq,ölkə üçün potensial riyaziyyatçı kadrlar yetişdirmək işinə yardımçı olmaq ,istedadlı gənclərin riyazi qabiliyyətlərini üzə çıxartmaq məqsədi daşıyan olimpiadanın açılışında LDU-nun rektor vəzifəsini icra edən ,riyaziyyat üzrə elmlər doktoru,professor Natiq İbrahimov çıxış edərək bilik yarışmasına qatılan gənclərə uğurlar arzu edib.Dəqiq elmlərin inkişafının ölkənin inkişafı ilə üst-üstə düşdüyünü,riyaziyyat və fizika fənləri üzrə ölkədə ixtisaslı kadrlara böyük ehtiyac duyulduğunu bildərən Natiq İbrahimov LDU-da bu istiqamətdə aparılan geniş miqyaslı təbliğat-təşviqat işlərindən danışıb,keçirilən olimpiadanı da həmin proqramın tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

 


Cənub bölgəsinin 6 rayonundan olan şagird və tələbələrin qatıldığı olimpiada 3 istiqamətdə-orta məktəb,orta ixtisas məktəbi və ali məktəb tələbələri arasında fizika və riyaziyyat fənləri üzrə keçirilib.Bilik yarışmasına region üzrə 130 şagird və tələbə qatılıb.
2 gün davam edən olimpiadada orta,orta ixtisas və ali məktəb tələbələri arasında hər iki fənn üzrə 3 qalib müəyyənləşib. Olimpida ən yüksək nəticəyə nail olan iki qalibi də müəyyənləşdirib.Riyaziyyat üzrə ən yaxşı nəticəni Masallı rayonun Böyük Kolatan tam orta məktəbinin şagirdi Seyran İbrahimov,fizika üzrə LDU-nun tələbəsi Tural Həbibov əldə ediblər.
LDU-nun rektor vəzifəsini icra edən ,professor Natiq İbrahimov qalibləri universitetin professor-müəllim heyəti adından təbrik edib, uğurlu nəticə göstərən şagirdləri həm də gələcəkdə LDU-nun tələbələri kimi görmək istəyini dilə gətirib.Belə olimpiadaların bundan sonra müxtəlif fənlər üzrə mütəmadi keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov ölkənin inkişafının bu günkü gəncliyin səviyyəsindən,elmi bacarıqlarından,zamanla ayaqlaşa bilmək qabiliyyətindən asılı olduğunu gənclərin diqqətinə çatdırıb.
Olimpiada qalibləri kubok,fəxri-fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıb.Sonda xatirə şəkilləri çəkilib.

Azinforum.az

Həmçinin oxuyun

“Facebook” üzərindən videoyayım aparan mühacir azərbaycanlılara pul yığımında ermənilər də fəal iştirak edir

“Məlum olur ki, o adamlar elə Azərbaycanda da peşəkar dələduz olublar”. Bəllidir ki, sosial şəbəkələrin …

Bir cavab yazın