Ana səhifə / Siyasət / Lavrovun səfəri: “Razılıq əldə edilməyib”

Lavrovun səfəri: “Razılıq əldə edilməyib”

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıda keçirdiyi görüşlərdə əsas müzakirə obyekti Ermənistan-Azərbaycan münasibətləri, Rusiyanın bu məsəyə dair mövqeyi olub.

Bunu Bakupost.az -a açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirib.

S.Lavrovun Laçın dəhlizində nəzarət-buraxılış məntəqələrinin yaradılmasının nəzərdə tutulmadığı barədə fikrini şərh edən Tofiq Zülfüqarov bildirib ki, bu məsələ artıq həllini tapıb:
“Hesab edirəm ki, bu məsələ qismən də olsa, öz həllini tapıb. Səslənən fikirlər onu göstərir ki, hansısa texniki vasitələrlə yüklərin gediş-gəlişi nəzarət altında olacaq. Digər bir məsələ oradakı insanların üzərində nəzarətin təşkilidir. Bu çox vacib məsələdir. Bu barədə razılıq əldə edilmədiyini düşünürəm”.

Həmçinin oxuyun

İran azərbaycanlı tələbələri bu cür yetişdirib – AÇIQLAMA

İran Azərbaycan Respublikasında öz agent şəbəkəsini zamanla formalaşdırıb. Bunu mədəni işlər və layihələr adı altında …