Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Lavrov: “Qarabağla bağlı Moskvanın konkret həll planı yoxdur”

Lavrov: “Qarabağla bağlı Moskvanın konkret həll planı yoxdur”

Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin bir sənədlə həll olunmayacağını deyib.  O bu barədə jurnalistlərlə 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
 “Biz tərəfləri üst-üstə düşmən məqamlarda daha intensiv təmasa cəlb edərək, sülhə mane olan digər məqamlarda yaxınlaşmaya cəlb etmək istəyirik. Münaqişəni yalnız tərəflər həll edə bilər. Rusiyanın konkret həll planı yoxdur. Rusiya, Fransa və ABŞ münaqişənin həlli üçün şərtlər yarada bilər”.
Lavrov həmsədr ölkələrin təkliflərinin masa üzərində olduğunu deyib.
“Onlar da bilirlər ki, həmsədrlər təklifləri hazırlayır amma yekun qərar münaqişə tərəflərinə məxsusdur”.
Bu münaqişəni bir sənədlə həll etmək mümkün deyil. Mərhələli həll vacibdir” –deyə o deyib.(Modern.az)

Həmçinin oxuyun

Bakı İrəvandan bu yolla yeni ərazilər alacaq

Bakı və Ankara beynəlxalq meydanlarda Ermənistana qarşı fəaliyyət aparır. Bunu jurnalistlərə açıqlamasında erməni türkoloq Ruben …