Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Lavrov: “Genişmiqyaslı hərbi əməliyyatlardan narahatıq”

Lavrov: “Genişmiqyaslı hərbi əməliyyatlardan narahatıq”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun erməni həmkarı Zöhrab Mnatsakanyan arasında telefon danışığı olub. 
APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət müzakirə olunub.
S. Lavrov təmas xəttində davam edən genişmiqyaslı hərbi əməliyyatlarla, ölənlər və yaralılar haqqında daxil olan məlumatlarla bağlı narahatlığını ifadə edib.
Tezliklə atəşin dayandırılmasının vacibliyi vurğulanıb.
Qeyd olunub ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə vəziyyətin sabitləşməsinə istiqamətlənən vasitəçi səylərinə davam edəcək.
Rusiya XİN-dən o da bildirilib ki, S. Lavrovun Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışığına hazırlıq gedir.

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …