Bazar , Sentyabr 20 2020
Ana səhifə / Siyasət / “Lavrov-Bayramov görüşü gərgin keçəcək”

“Lavrov-Bayramov görüşü gərgin keçəcək”

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına rəsmi səfəri nəzərdə tutulur. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

O, qeyd edib ki, səfər bu ilin 26 avqust tarixində baş tutacaq. Səfərdə nələrin müzakirə ediləcəti isə hər kəs üçün maraqlıdır. Bəlkə də, nəhayət, Ceyhun Bayramovun ayağı xarici siyasətimizə düşəcək və üç on illikdir, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi həllini tapacaq. Hər halda ümidimizi itirməmişik və gələcəyə ümidlə baxmaqda davam edirik. 

Pravda.az-ın xəbərinə görə, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ayın 26-da keçiriləcək görüşlə bağlı fikirlərini bildirib: 

“Hər halda danışıqlar gərgin keçəcək. Çünki Azərbaycan ictimaiyyəti son vaxtlar baş verən hadisələrdən, o cümlədən Rusiyanın Ermənistana silah göndərməsindən narazıdır.

Təbii, Ceyhun Bayramov da bu narazılığı ifadə edəcək. Amma ciddi bir nəticənin olacağına inanmıram. 

Ən azından ona görə ki, Lavrov ermənipərəst siyasət yürüdür. O, bir tərəfdən erməni siyasətini dəstəkləyir, digər yandan isə düşmənimizə silah daşıyır. Həm də bu səfərin tanışlıq xarakteri olduğunu da nəzərə almalıyıq”. 

T.Zülfüqarovun fikrincə, aparılan müzakirələr Lavrovun mövqeyini dəyişməyəcək. Belə bir şəraitdə biz səmtimizi dəyişməliyik:

“Lavrov Azərbaycan xalqını tamamilə axmaq hesab edir. Amma bu, belə deyil. Onun ermənipərəst  manevrləri nəticəsində Rusiya təkcə Ermənistanda deyil, Azərbaycanda da nüfuzunu itirəcək.

“Böyük diplomat” hər zaman və hər yerdə olduğu kimi, müasir Rusiya sərhədlərində də heç bir dost dövlətin qalmamasını təmin edəcək. Bəlkə də, əsl məqsəd budur. Əgər belədirsə, deməli, şimal qonşumuzla mehriban qonşuluq və qarşılıqlı anlaşmanı gücləndirmək üçün bütün cəhdlərimiz boşa çıxır.

Biz Türkiyə, Gürcüstan, Ukrayna, İsrail və İran ilə regional əməkdaşlığı gücləndirməliyik. Xüsusilə Avropa Birliyi və ABŞ-la əlaqələrimiz möhkəmlənməlidir”.Şərq.az

Həmçinin oxuyun

“Özümüz özümüzü, xalqımızı aldatmamalıyıq” – Prezident

“Keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. O, “Qarabağ …