Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Lavrov Ayvazyanla Qarabağ bəyanatını müzakirə etdi

Lavrov Ayvazyanla Qarabağ bəyanatını müzakirə etdi

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrovla Ara Ayvazyan arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, Rusiya Federasiyası Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Nazirlər ikitərəfli, regional və beynəlxalq gündəmin aktual məsələləri barədə də fikir mübadiləsi aparıblar.

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …