Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Siyasət / Lavrov: ““3+3” əməkdaşlıq platforması ilə bağlı təklif bizdə müsbət reaksiya doğurub”

Lavrov: ““3+3” əməkdaşlıq platforması ilə bağlı təklif bizdə müsbət reaksiya doğurub”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri Türkiyə və Azərbaycan arasında ikitərəfli münasibətlər çərçivəsində baş tutub.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Türkiyə prezidentinin Şuşaya səfərinə münasibət bildirərkən deyib.

“Biz bu gün Mövlud Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edib Azərbaycan və Ermənistanın barışığına, onlar arasında münasibətlərin normallaşmasına, azərbaycanlılar və ermənilərin bu torpaqda yanaşı, mehriban qonşular kimi yaşamaları üçün şərait yaratmağa kömək etsin. Onda əminik ki, bütün məsələlər, o cümlədən siyasi xarakterli məsələləri daha asan həll etmək mümkün olacaq. Bir daha qeyd edirəm ki, bizim əməkdaşlığımızın əlavə istiqaməti bu regionunda nəqliyyat kommunikasiya, iqtisadi əlaqələrinin bərpa olunmasıdır. Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün “3+3” əməkdaşlıq platforması ilə bağlı təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq. Düşünürəm ki, burada bizim ilk vaxtlar üçün yaxşı planlarımız var. Təkrar edirəm ki, biz Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı nəticəli əməkdaşlıqdan məmnunuq”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Həmçinin oxuyun

Baydendən Qarabağla bağlı açıqlama

“Mən Qarabağ münaqişəsinə görə təhlükəsizlik sahəsində 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”. Bu fikirləri ABŞ …