Ana səhifə / Siyasət / Lapşinin yeni vəkilindən – İLK AÇIQLAMA

Lapşinin yeni vəkilindən – İLK AÇIQLAMA

Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin ailəsi tərəfindən tutulan vəkil Trend xəbər agentliyinə açıqlama verib.

Vəkil A.Lapşinin anası ilə müqavilə bağladığını təsdiqləyib və bildirib ki, o, 1 saylı Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb:

“Anası Bakıya gəlib mənimlə müqavilə imzaladı. Hazırda A.Lapşinin hüquqlarını müdafiə edirəm. Orderi də istintaqa təqdim etmişəm. Lapşinlə görüşdüm, onun saxlanma şəraiti və səhhəti ilə maraqlandım. Lapşin deyir ki, təcridxanadan heç bir şikayəti yoxdur, səhhəti normaldır. Lapşini Rusiya və Belarus səfirliklərinin əməkdaşları da nəzarətdə saxlayır. Heç bir problem yoxdur”.

Vəkil bildirib ki, o, Lapşinin ailəsi tərəfindən təyin edilmiş ilk vəkildir:

“Səfər Hüseynov Lapşinə dövlət tərəfindən təyin olunan vəkildir, mən isə ailəsi tərəfindən. Hələlik Lapşinin S.Hüseynovdan imtina edib-etməməsi barədə məlumat yoxdur. İstintaq isə hələ davam edir. Yaxın vaxtlarda istintaq yekunlaşa bilər, amma nə vaxt, onu bilmirəm”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın