Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Lapşinin ekstradisiyası: Jirinovski qəzəblidir, Rusiya XİN məyusdur – VİDEO

Lapşinin ekstradisiyası: Jirinovski qəzəblidir, Rusiya XİN məyusdur – VİDEO

Bloqqer Aleksandr Lapşinin Bakıya ekstradisiyasına Rusiyada da qızğın müzakirə olunur.
Virtualaz.org xəbər verir ki, bu gün Rusiya Dövlət Dumasının vitse-spikeri, LDPR lideri Vladimir Jirinovski məsələyə münasibət bildirib. Dövlət Dumasında jurnalistlər qarşısında çıxış edən Jirinovki Belarus prezidenti Aleksandr Lukaşenkonun bu addımını “partizanlıq” adlandırıb. Onun sözlərinə görə, bununla Belarus növbəti dəfə Rusiyanı sancmaq istəyir.
“Belarus Lapşini Azərbaycana göndərib. Onu orada səkkiz il həbs gözləyir-ona görə ki, Qarabağa gedib. Bu ki idiotizmdir, onun haqqı var ki, istədiyi yerə getsin. Qarabağ heç kim tərəfindən nizamlanmamış məsələdir, o, Rusiya vətəndaşıdır. Bu da sənə qardaş respublika, qardaş xalqlar. Budur, Ukrayna icazə vermədi, ancaq Belarus verdi. Onun üç pasportu var, İsrail, Rusiya və Ukrayna. Bu, Lukaşenkonun nəyinə lazım idi? Sancmaq üçün. Böyük Belarusiya Lapşini Bakıya verdi ki, parçalasınlar, necə də yaxşıdır! Partizan Lukaşenko böyük nailiyyət əldə edib. Hansı ki, bizim kommunistlər onu nümunə kimi göstərir. O da getdikcə daha çox pul tələb edir, qazı Rusiyanın daxili qiymətləri ilə almaq istəyir. Mən ötən həftə LDPR-in qurultayında da demişəm-əgər daxili qiymətlərlə almaq istəyirsinizdə gəlin Rusiyanın tərkibinə birləşin. O zaman hər şey daxili qiymətlərlə olacaq. Üstəlik tam təhlükəsizliyiniz təmin olunacaq. Qalxıb deyirlər ki, mən Belarusu Rusiyanın tərkibinə qatmağı təklif edirəm. Mən heç nəyi təklif etmirəm, izah edirəm ki, daxili qiymətlər Rusiyanın tərkibində olanlar üçündür. O isə bunu başa düşmür, Rusiyanı sağır, deyir ver. Müstəqillik lazımdır ona. Nə müstəqillik, hansı müstəqillik? Bizim keçmiş sovet respublikaları hamısı bizim öhdəmizdə oturublar, indi deyirlər müstəqillik…”-Jirinovski bildirib.
Rusiya XİN də Lapşinin ekstradisiyasına dair bəyanat verib. Orada deyilir ki, Rusiya Belarus Ali məhkəməsinin qərarından məyusdur. “Rusiya tərəfi iki lkə arasında müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlməyən bu qərarla bağlı dərin məyusluğunu ifadə edir. Biz bundan sonra da Rusiya vətəndaşının qanuni hüquqlarının müdafiəsi üçün lazım olan tədbirləri görməkdə və onun tezliklə ailəsinə qaytarılması üçün səy göstərməkdə davam edəcəyik”-bəyanatda deyilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın